Al Ana — Türk, Altay, Tatar, Yakut və Monqol mifologiyalarında pislik ilahəsidir. Azərbaycan mifologiyasında Hal Ana olaraq adı keçir. Qırmızı rəngli geyimləri olan, qırmızı saçlı bir qadındır. Pis ruhlu Albıslarla (Cinlərlə) bağlıdır. Çirkin, saçları dağınıq, gözləri qanlı, uzun dırnaqlı, uzun boylu, çox qüvvətli olaraq təyin olunar. Dəvəylə güləşə biləcək qədər uzun olduğu deyilir. Bəzən Albıs ilə eyni olaraq düşünülər, lakin əslində bütün Albısların başçısıdır. Türk xalq anlayışında də Al Ana qarşılığında Al Ata şəklində bir varlıq tapılmaz. Lakin monqollaradaki Gal Xan (Gal Esege «Atəş Ata») ilə bənzərlik etibarilə Al Ananın əksi olan biri olaraq düşünülə bilər.
Onun qeyri-adi əməllərindən sayılan iş, hamilə qadınları və onların körpələrini narahat edən dəhşətli bir məxluq olmasıdır. Cin qrupundan olduğu güman edilən “Al qarısı”, Al Ana (Hal Ana) inancına türk mədəniyyətinin yaşadıldığı az qala hər bölgədə rast gəlmək mümkündür.
Doğuş edən qadınların qorxunc yuxusu olan bu canlıya müxtəlif türk boylarında oxşar terminlərlə müraciət edilir. Anadoluda Albastı Al arvad, (qız, ana), Al karısı, Al kızı, və Al anası kimi adlarla, Alvastı (Özbəkistan, Qazaxıstan, Başqırd, Tuva, Altay, Krım, Kazan və Sibir türkləri), Albarstı (Türkmənistan), Albaslı (qaraqalpaq və noqay türkləri), Hal Ana,Al Ana (Azərbaycan türkləri), Albaslı xatın (kumuk türkləri), Al apar ( Kərkük türkləri), Almastı (Qaraçay və balkar türkləri), “kayış ayak” (Dobruca türkləri) və Rusalı (qaqauz türkləri) deyildiyi məlumdur.
Məşhur inanca görə, Hal Ana analıq və hamilələri təqib edən qorxunc bir məxluqdur. Nəhəng bədənli, hündür boylu, uzunbarmaqlı və uzun dırnaqları olur. Onun çox çirkin və iyrənc siması var. Bədəni yağlıdır, uzun və qara saçlıdır. Saçları da dağınıqdır və böyük başı var. Dişləri at dişləri kimi iri və seyrəkdir, ayaqları isə tərsdir. Bunlar doğuşdan sonrakı və yeni doğulmuş uşaqların ağciyərlərini yeyərək qidalanırlar. Onlar əsasən qırmızı paltar geyinirlər; su hövzələrində və meşəlik yerlərdə yaşayırlar.
Altay türklərinə görə şər ruhlar və Albıs/Almıs kimi tanınan bu varlığın meşədə yaşadığını, dırnaqlarının misdən hazırlandığı güman edilir. Bu məxluq digər bölgələrdə görünən qırmızı paltardan fərqli olaraq qara hisə bənzəyən paltar geyinib və qara məxmər rəngli ata minir və s.
Sadəcə bunları xatırlatmaqla bildirmək istəyirik ki, türklərə məxsus bir çox mifoloji bilgilərimizi Avrosentristlər yəhudi və yunan «bələyinə bükərək» dünyanı aldatmağa çalışmaqdadırlar. Yəni bizim olanları bizdən alıb özgə qiyafədə bizə satmağa çalışmaları ortadadır.
Bu addımlardan biri də Hal Ana (Al Ana, Al Bastı, Al Apar və s.) mifik obrazının Lilit adıyla bizlərə yəhudi nağılı adıyla sırınmasıdır. Eyni paralellər Yel Ana — Yelena, Sarı Ana — Serena və s. kimi həyasızcasına yunanlaşdırılıb. Qədim mifoloji qəhrəmanları isə yəhudiləşdirərək əlimizdən almağa girişiblər.
Məsələn, Talmudda dişi şeytan kimi xatırlanır. Bu rolu ilə və bir qarabasma kimi əsrlər boyu tarix səhifələrini gəzir. Əfsanəyə görə, qadınları və uşaqları hədəf alır, kişiləri yoldan çıxarır və onlara zərər verir. Bəzi əfsanələrdə isə cadugər simasında qarşımıza çıxır.
Lilitin tarixi təkallahlı dinlərdən daha erkən, qədim Mesopotamiya mədəniyyətinə gedib çıxır. Tez-tez Şumer və Babil mifologiyasında külək tanrıçası Lilitu ilə əlaqələndirilir. “Lilitu”, “fırtına” və ya “külək” deməkdir.
Bir Babil mətnində isə böyük ilahə İştarın məbəd fahişəsidir. İştar qədim şərq dinlərində əzəmətli sevgi, ehtiras və cazibə tanrıçası sayılırdı. Bu keyfiyyətlərindən dolayı fahişələrin, xüsusən kult olan məbəd fahişələrin tanrıçası idi. Yəni adını Şumer mifologiyasından, əməllərini isə türk mifologiyasından götürdüyü aydındır.
Lilitə aid bəzi xüsusiyyətlər Babilin şər tanrıçası Lamatsuda da görünür. Lamatsu qadınlar arasında xəstəlik yayır, hamilə qadınlara zərər verir və yeni doğulmuş körpələri öldürməyə çalışırdı.
Lilitin yəhudi əfsanələrində nə zaman ortaya çıxdığı bilinmir. Çünki tanrılar və əfsanələr bir çox Şərq mədəniyyətinə xas idi və ya çox oxşarlıqları vardı. Buna baxmayaraq, yəhudilərin şeytanla bağlı inanclarında əhəmiyyətli bir yer tuturdu. O, kişiləri yoldan çıxaran bir şeytan kimi qəbul edilirdi və hər kəs ondan çox qorxurdu. Bununla bağlı ən qədim mənbə Tövratdır. Kitabın bir yerində deyilir: “Tanrı insanı öz simasında kişi və qadın olaraq yaratdı”. Yenə həmin kitabda bundan fərqli şəkildə bəhs olunur: “Tanrı şərqdə — Ədəndə bir bağ saldı. Adəmi ora göndərdi və qadını onun qabırğasından yaratdı ki, tək olmasın”.
Talmuda görə, Adəmlə eyni anda yaradılan qadın Lilitdir.
Avrosentrist kahinlərinin məzmununu anlamadan oğurladıqları Al Ananı necə Lilitə çevirdiklərini diqqətinizə çatdırırıq:
IX-X əsrlərin “Ben Sira əlifbası”nda da Adəmin ilk arvadı Lilitə rast gəlinir. Mətnin əsas qəhrəmanı e.ə. 600-cü illərdə yaşadığı ehtimal olunan Ben Siradır, amma müəllifinin kim olduğu məlum deyil. Bu əlyazmaya görə, Tanrı Adəm və Liliti torpaqdan yaratdı. Həmin fəsil belə davam edir: “Tezliklə bir-birləriylə mübahisə etməyə başlayırlar. Adəmə deyir: “Mən altda yatmaq istəmirəm”. Ancaq Adəm: “Mən altda yox, üstdə yatmaq istəyirəm, çünki sən altda yatan insan olaraq müəyyən edilmisən”. Lilit ona: “İkimiz də eyniyik, çünki ikimiz də torpaqdan yaradılmışıq”.
Amma ikisi bir-birini dinləmir. Bundan sonra Lilit göyə qalxır və yox olur.
Müqəddəs Kitablarda onun adı yalnız bir dəfə, Allahın hökmündən sonra İdumeyanın viran qalması ilə əlaqədar olaraq keçir: «… orada gecə xəyaləti (lilit) istirahət edəcək və rahatlıq tapacaq» (İs.34: 13-14). Bəzi ilahiyyatçılar bunun sadəcə bir gecə bayquşu olduğunu iddia edirlər. Digərləri əmindirlər: Lilit Müqəddəs Yazıların səhifələrində görünməz şəkildə mövcud olan mifik bir iblisdir.
Şumer versiyası
Qamətli, uzun saçlı, çılpaqlığı ilə gözəl, qanadları və bayquş pəncələri olan qız — qədim Babil barelyeflərində belə görünür. Lilitin mistik obrazı bəşər sivilizasiyasında ən qədimlər obrazlardan biridir və eramızdan əvvəl III minilliyin ortalarında yaranmışdır. Məşhur amerikalı şumeroloq S. N. Kramerin fikrincə, cin Lilit ilk dəfə olaraq Qədim Şərqin mövcud olan ilk mixi yazılarından birinin — «Bilqamıs dastanının» şumer versiyasının proloqunda fərqli səslənən adla xatırlanmışdır. Mahnılardan birində deyilir ki, Şumer hökmdarı Bilqamıs orada məskunlaşmış cini bağda bitən söyüd ilahəsi İnnindən qovmuş və onu qoruyan bütü sındırmışdır. Şumer vampir cinlərinin (inkubus və sukkubus) Leela, Lilitu və Ardat Lilinin kişi və qadın təcəssümlərinin təsviri sonradan Babil və Assur mifologiyasına köçdü.
Rəvayətə görə, bu iblislər yer üzündəki kişiləri və qadınları aldadırlar və öz sonsuzluqlarına görə insanlardan qisas alırlar, doğuş zamanı qadınlara və körpələrə zərər verirdilər. Qədim Şərq mətnlərində Lilit uşaq dünyaya gətirə bilməyən və döşlərində süd olmadığı təsvir edilib. Qaranlıq ölümcül ehtirasın və doyumsuz şəhvətin təcəssümü olan Lilit, gözəl bir qız şəklində, bakirə qalaraq və sevgililərinə əsl məmnuniyyət verməyərək, yer üzündə yatmış kişilərə sahib çıxırdı.
Adəmin arvadı
Lilit yəhudi mifologiyasında sonrakı inkişafını tapmış yeganə assuriyalı iblis oldu. Orta əsrlər Ben Sira əlifbasına görə, Lilit Adəmin onunla eyni vaxtda yaradılmış ilk arvadı olub. Adəmin qabırğasından yaradılmış Həvva, ancaq üsyankar Lilit ərinə tabe olmaq istəməyərək ondan qaçdıqdan sonra peyda olur. Adəm onu tanımaq istəyəndə qəzəbləndi: “Mən niyə aşağıda olum, axı mən səninlə bərabərəm, çünki Allah ikimizi də torpaqdan yaradıb” (Eyniylə türk mifologiyasında olduğu kimi verilib — red.).Ərinə müqavimət göstərən Lilit Tanrı Yahvanın sehrli adını dilə gətirdi və Adəmdən havaya uçaraq uzaqlaşdı. Adəmin yalvarışı ilə qəzəbli Yahva Lilitin dalınca üç mələyi — Senoy, Sansenoy və Samangelotu göndərdi. Qırmızı dənizdə bir çox şəhvətli cinlərlə ləzzət alan və onlardan qaranlıq varlıqlar törətdən qaçqını ələ keçirən mələklər ondan ərinin yanına qayıtmasını tələb etdilər. Lakin Lilit qəti şəkildə bundan imtina edərək dedi: “Mən körpələrin gücünü almaq üçün yaradılmışam: əgər oğlan doğulsa, o, səkkizinci günə qədər (yəni sünnət gününə qədər), qızdırsa, onda iyirminci günə qədər” mənim səlahiyyətimdədir. Sonra mələklər ölüm təhlükəsi altında cinləri adlarının yazılacağı evə girməyəcəyinə dair and içməyə məcbur etdilər və ona bir cəza verdilər, orta əsrlər yəhudi ədəbiyyatında üç versiya var — sonsuzluq , yalnız cin uşaqlarının doğulması və ya onun yüz nəslinin gecə ölümü.
Talmudun özündə Lilit əfsanəsi bir qədər fərqli səslənir: o, 130 il Həvva ilə ayrıldıqdan sonra Adəmlə görüşdü və onların əlaqəsindən cinlər doğuldu. Talmuddakı Lilit həm də Mazdaizmdə (qədim İran inanc sistemi) və daha sonra Zərdüştilikdə görünən qaranlıq tanrısı və dünya şərinin təcəssümü olan Əhrimənin anası hesab olunur. Lilitin yuxuda yeni cinlər yaratmaq üçün yer üzündəki insanları ələ keçirmək ehtirası barədə xəbərdarlıq edən Talmud onlara evdə tək gecələməməyi tövsiyə edir. O, həmçinin doğuş zamanı qadına zərər verə və ya qadını sonsuzluğa düçar edə bilər.
Qanadlı iblis Lilit xüsusilə yeni doğulmuş uşaqlar üçün təhlükəlidir. Körpələri oğurlayanda qanlarını içir, ruhlarını alır. Bunun qarşısını almaq üçün yəhudilər evlərini amuletlərlə müdafiə edirdilər. Qədim bir əfsanəyə uyğun olaraq, Liliti cəzalandıran mələklərin adlarını və onun bəzi ləqəblərini körpənin beşiyi üzərində yazırdılar. Yəhudi adət-ənənəsində əcicinnə adının xatırlanması, onu qovmağa xidmət edirdi. Bu səbəbdən qədim yəhudi kasalarında Lilitin sehrli adlarına və çılpaq şəkillərinə rast gəlinir.
Lilit obrazı Zoharın Kabbalistika Kitabında özünün ən yüksək inkişaf nöqtəsinə çatır və burada onu «Şeytanın mələyi» Samaelin arvadı adlandırmağa başlayırlar.

13-cü əsr İspan Kabbalisti, ravvin İsaak Akoen yazır ki, Lilit Samael ilə bir androqin olaraq doğulub və sonra bu «Böyük hökmdarın və bütün cinlərin Böyük Kralı»nın arvadı oldu. Beləliklə, Lilit mifologiyada aşağı iblis varlıqlar dairəsindən qaranlığın hökmdarı olan “başqa Tanrının” qadın mücəssəməsinə qədər inkişaf yolu ilə gedir. 13-cü əsrin “Sol emanasiya haqqında traktat”ında Samael və Lilitin əlaqəsindən Kor Əjdahanın doğulduğu, onun yumurtalarından baş istisna olmaqla, bədəninin hər yeri saçla örtülmüş İblis Lilinin çıxdığı deyilir. Sonra Allah Əjdahanı kastrasiya (axtalama) etdi ki, «exidnanın yumurtaları dünyaya yayılmasın». (Eynən «Kitabi Dədə Qorqudda» olan Təpəgözlə bağlı çobanın Pəriylə əlaqəsinin əksidir-red.). Başqa bir versiyaya görə, cinlərin çoxalmasının qarşısını almaq istəyən Allah Samaelin özünü kastrasiya (axtalama) etdi. Bu təfsir öz köklərini Talmud mifologiyasında tapır, burada Tanrı ilan Leviatanı axtalayır və onun arvadını öldürür. Həyat yoldaşı ilə cütləşmək imkanından məhrum olan Lilit, əvvəlki mifoloqemlərdə olduğu kimi, onlar yatarkən dünyadakı ehtiraslarını təmin etməyə başlayır.

Orta əsrlərə aid Kabalistik mənbələrdən biri də Tanrının Lilitə göndərdiyi sonsuzluqdan bəhs edir. Bundan əlavə, kabalistik ənənədə Lilitin Böyük və Kiçiyə bölünməsi var: onlardan birincisi Samaelin arvadı, ikincisi şəhvətli iblis Asmodeusun həyat yoldaşıdır. Samaelin Kiçik Lilitə qarşı ehtirasının alovlanması şeytan dünyasının bu iki hökmdarı arasında düşmənçiliyə, həmçinin Kiçik Lilit və Böyük Lilit arasında daimi çəkişmələrə səbəb olur.
Safed Kabbalist Chaim Vital, həmçinin Yaşlı Liliti Həvvanın xarici qabığı və şər mahiyyəti adlandırdı və İshaq Akoen, Yaşlı Lilitin «peyğəmbərlik zirvələrinə qalxa biləcəyi bir nərdivan olduğunu» müdafiə etdi. Daha sonra, Lilitin Kabbalistik obrazı 19-20-ci əsrlərin yəhudi ədəbi ənənəsində romantikləşdirildi, burada sehrli cazibədar iblisin Həvvaya qarşı çıxan obrazı yaradıldı.
Fedai.az Araşdırma Qrupu







