Türkiyə və Ermənistan xüsusi nümayəndələri nə vaxt görüşəcəklər?

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib.

Qeyd edək ki, hələ 2021-ci il dekabrın 18-də V. Hunanyan Ermənistan-Türkiyə dialoqu üzrə Ermənistanın xüsusi nümayəndəsinin Ermənistan XİN-nın sədr müavini Ruben Rubinyan olacağını və rəsmi Ankaradan isə Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Serdar Kılıcın xüsusi nümayəndə təyin etdildiyini bildirmişdi.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: