ŞUŞA XALÇALARI İRƏVANDA SƏRGİLƏNİB

Ermənilər iddia edirlər ki, ikinci QARABAĞ müharibəsi zamanı ŞUŞA xalça muzeyindəki xalçalardan başqa heç nəyi çıxarmağa imkanları olmayıb. İrəvana gətirilən xalçaların əksəriyyəti 16 aydır ki, öz ünvanlarını tapa bilmir, yəni ortalıqda qalıb nəmişlikdən xarab olmaqdadır. Ermənistan Mədəniyyət nazirliyindən isə bildirirlər ki, «münasib şəraitli yerimiz yoxdur».

Ermənilər həm də iddia edirlər ki, guya «nənələrinin» toxuduqları bu xalçalar dünyanın ən qədim xalçaları olaraq erməni mədəniyyətinin ən vacib hissəsidir. Bundan başqa, hətta ermənicə «Azadlıq Tv»-də utanmadan göstərirlər ki, guya Rusiyada anadan olmuş, lakin əslən Şuşadan olan bir qız gəlib bu xalçalar arasında vaxtilə nənəsinin də toxuduğu xalçaları axtarır.

Əslində isə xalçalara nəzər yetirərkən hiss olunur ki, bu xalçaların ermınilərə heç bir aidiyyatı yoxdur, çünki xalçaların üzərindəki naxışların hamısı Azərbaycan-türk arnamentlərinə aid olan naxışlardır. Sadəcə olaraq, bəzi xalçaların üzərində hansısa üsullarla bir neçə anlaşılmayan erməni hərfləri yerləşdirilib.

Aşağıdakı xalçalardan birində isə ermənicə açıqca yazılıb ki, «1903-cü ildə toxunub FARSLARA aiddir».

Xatirladaq ki, ermənilər İREVANda Azərbaycanlılara aid olan yeganə «GÖY MƏSCİD»i də beynəlxalq aləmə fars məscidi kimi təqdim edirlər. Hətta ŞUŞAda olan məscidlərin və bizə aid müxtəlif tarixi abidələrin də üzərinə fars abidələri olması barədə lövhələr vurmuşdular.

İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın:
  • 76
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •