TƏBRİK: QASIMOV XALƏDDİN HEYBƏT OĞLU — 61

   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və AVMVİB-nin sədr müavini polkovnik Salman Musayev, ehtiyyatda olan mayor Qasımov Xaləddin Heybət oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib  — tükənməyən nailiyyətlər arzulayır. Arzu edirik ki, Xaləddinin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

       Ehtiyatda olan mayor Qasımov Xaləddin Heybət oğlu  11 yanvar 1961-ci ildə Xaçmaz rayonuun Moruq-Oba  kəndində  anadan olub.

      1977-ci ildə Xaçmaz rayonuun   Ləcət kənd orta məktəbini, 1978-ci ildə Bakı şəhər Peşə liseyini,  1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu ,1999-cu ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin Zabitlərin ixtisas artırma kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və hərbi hissələrində  keçirilən bir çox metodiki təlim- toplanışlarda ,Xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib

1979-1991-ci ilərdə Sovet ordusunun Tükmənistan Respublikasının Krasnovodski şəhərində yerləşən hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olub.

    1981-1983-cü illərdə Bakı Məişət Kondisioner zavodunda  xarrat,   1988-1997-ci ilərdə Xaçmaz şəhəri 3  nömrəli  tam orta məktəbdə müəllim, 1997-1998- ci illərdə  Müdafiə Nazirliyinin Çəmşid Naxçıvanski adına hərbi liseyində taqım komandiri vəzifəsində işləyib.

      1998-2014 -cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Quba (Yalama qəsəbəsində), Binəqədi,  Xəzər rayonlarında, Gənçə və Lənkəran şəhərlərində yerləşən hərbi hissədə və Ali hərbi məktəbdə,bölük komandirinin müavinini,bölük komandiri, fiziki hazırlıq və ictimai rəisi,  idman kafedrasında müəllim   vəzifələrində Vətənə, Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir..

        2016-cı ildən etibarən Xaləddin Qasımov  Dövlət Sərhəd Xidməti Akademiyasının idman kafedrasında idman müəllim işləyir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nüminə olmuşdur.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, Fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

       Daxili Qoşunların Baş idarəsinin  hərbi hisələrində İdman və fiziki hazırlıq rəisi vəzifələrində  xidmət etdiyi illər ərzində taborda və Əlahiddə bölmələrdə keçiirlən,yekun və nəzarət yoxlama eləcədə məqsədli  qurupların üzvü və kiçik zabitlərin  Şərəf məhkəməsinin sədri olduğu müddətdə üzərinə düşən  vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir.

         Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın,onun müavinlərinin,Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş, yubiley və müvafiq idman dərəcəsi nisanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyüş (Komandir) hazırlığındakı «əla xidmətlərə görə» təlimlərdə,döyüş nöbəsində, döyüş xidmətində xidmətində xüsusi fərqlənməyə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından 

«Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» isə  10 iliyi, 90- illiyi və 95-iliyi yubiley  medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, XALƏDDİN MÜƏLLİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: