Rayon şöbələri İmişli rayonunda birgə tədbir keçirdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağcabədi rayon şöbəsinin sədri Tələt Rüstəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Saatlı rayon şöbəsinin sədri Elməddin Alışanov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun rəhbərliyi ilə müharibə veteranları şəhid Sabir Hikmət oğlu Əzizlinin Anım tədbirində iştirak etmək üçün İmişli rayonunda olublar.


Şəhid Sabir Hikmət oğlu Əzizli 1998-ci ildə İmişli rayonunda anadan olub. 44 günlük Vətən müharibəsi günlərində qəhrəmanlıqla döyüşüb. Füzuli, Cəbrayıl və Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Onun hərbi şücaətləri müxtəlif medallarla təltif edilib.

Müharibə veteranları şəhidin ailəsinə baş çəkərək Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin və köhnə döyüşçülər adından başsağlığı vermiş və AVMVİB sədrinin adından Xatirə medalını və Fəxri fərmanı şəhidin atasına təqdim etmişlər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, tədbirlərdə bunan sonra da rayon veteranlarının birgə iştirakına çalışacağıq. Bu cür tədbirlərin birgə keçirilməsi şöbələrarası əlaqələrin daha sıx olmasına fayda verə bilər. Xüsusən veteranlara və şəhid ailələrinə neqativ münasibət bəslənən rayonlarda bu cür tədbirlərin keçirilməsi məqsədəuyğundur.

Xatırladaq ki, İmişli rayonunda da İcra Hakimiyyəti və hətta İcra Başçısı da var. Amma bu adam buraya nə üçün təyin edildiyini hələ də bilmir.


Müharibə veteranları daha sonra sıralarımızı vaxtsız tərk etmiş Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinovun da məzarını ziyarət etdilər.


Qazi Kamil Şirinovun ruhuna dualar oxuyub məzarı üzərinə gül qoydular.


Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, İmişli

Bu xəbəri paylaşın: