Qazimizin vəziyyəti yenidən ağırlaşıb

Şəkildəki şəxs hərbi həkimdi, Vətən müharibəsində yaralanan Yaqub Qəhrəmanlıdır. O yaralı komandirini döyüş meydanından çıxararkən minamyotun qəlpəsi başına dəyib və ağır yaralanıb.

Yaqub YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə müalicə alıb. Qazimizin vəziyyəti yenidən ağırlaşıb və komaya düşüb.

Onu heç bir xəstəxana qəbul etmir, deyirlər ki, müalicə edən həkim yoxdur.

Güclü həkimə ehtiyac var. Ailəsi xahiş edir ki, güclü neyrocərrah onlarla əlaqə saxlasın: 050-488-97-72

Leyla Həsənova

Bu xəbəri paylaşın: