TƏBRİK: SURXAYEV SƏMƏD CUMA OĞLU — 50

     İnsan üçün ən yadda qalan günlərdən başlıcası  onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə bir insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti , təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keçirmiş ehtiyatda olan tibb xidməti mayoru Surxayev Səməd Cuma oğludur. Fevral ayının 8 -də onun 50 yaşı tamam olur.

     Daima həyatın imtahanlarından alnıacıq və üzüağ çıxan ehtiyatda olan tibb xidməti mayoru Surxayev Səməd Cuma oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və AVMVİB-nin sədr müavini polkovnik Salman Musayev  səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Arzu edirik ki, Səməd Həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !

   Tibb xidməti mayoru Surxayev Səməd Cuma oğlu  08 yanvar  1972-ci ildə Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

Səməd Cuma oğlu Surxayev  Şəki rayonunun Baş Göynük tam orta məktəbini,  Azərbaycan Dövlət Tibb Ünverstetini bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Həkimlərin təkmilləşmə İnstitutunda müvafiq kurslarda olub, Daxili Qoşunların Bas İdarəsində və  hərbi hissələrində   keçirilən bir çox metodiki- təlim toplanışlarında , təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

        Müstəqil  Azərbaycanın  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Füzuli,  və  Zaqatala rayonlarında  yerləşən hərbi hissələrində tibb  məntəqə rəisi  və  tibb xidmət rəisi vəzifələrində  xidmət ediyi illər ərzində tibb xidməti mayoru   Surxayev Səməd Cuma oğlu  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düşən  vəzifə və tapşırıqların şərəflə yerinə yetirilməsində tabeçiliyində olanlar üçün şəxsi  nümunə olmuş,   Hippokrat andına isə  həmişə sadiq qalmışdır.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Səməd həkim Daxili Qoşunların hərbi hisələrində və hərbi hospitalinda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində  saysız — hesabsız  yaralara ilkin tibbi yardım göstərilməsində, ambulator və stasionar  müalicəyə ehtiyacı olan  hərbi qulluqçuların və mülki işçilərinin müalicə olunub  sıraya dönməsində  tibb xidməti mayoru Surxayev Səməd Cuma oğlunun xalqmız qarşısında  layiqli xidmətləri olmuşdur.

İnsan sağlamlığını,insan həyatını bütün dəyərlərindən  üstün tutaraq,bu müqəddəs amal uğrunda  o, hələ tələbə ikən peşəsinin pərvanəsinə  dönmüşdür.  Xəstələrin  və yaralıların müalicə olunmasında  yüksək keyfiyyət nəticəsinə yiyələnə bilmişdir.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə  «Əla Ximələrə Görə » döş,yubiley və müvafiq idman dərəcələri ilə təltif olunub,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Tibb Xidməti mayoru Surxayev Səməd Cuma oğlu Daxili Qoşunlardan Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra Zaqatala rayon mərkəzi xəstəxanasında həkim vəzifəsində işləyir.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SƏMƏD HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: