İSA MEHDİOĞLU
(Əvvəli ötən yayınlarımızda)
T. Azərtürk, ”Mixi yazılı Azəri türk dilinin qrammatikası” əsərində yazır: “Neçə on illərdir Azərbaycanın itigörən alim təbəqəsinin “Şumerlər bizim ulu babalarmızdır” zənni (fərziyəsi) öz həyatiliyi ilə indi ortalığa çıxır. Bu isə e. ö. 6500-ci ildə yaşamış Enlil İsmə Dağandan başlayan həqiqətdir.” (Bakı 2004 s.16). O, yazır: ”İndi gil lövhələrdə dəfələrlə rast gəldiyimiz Turuk, Türk etnonimi sübut edir ki, Babilan və qədim İran ərazisində yaşamış həmin türükkülər bizim ulu əcdadlarımız Türklər olub (orada s.34).
F, Ağasoğlu Türklərin Araz çayı qırağında yurd salmalarını e. ə. 8-ci minilliyə aparıb çıxardır. O, “ Saqa-Qəmər boyları Araz qırağında yaşayırlar. Başqa bir yerdə:”E.ö.XVI-əsrdə Van gölü ilə Qara dəniz arasında Qəmər türklərinin, Kür- Araz arasında Saqa türklərinin yaşadığını yazır.(s.- 73). (Kür, Araz arası yuxarı dağ borçalıdan başlayır.).

Ağasoğlu əlavə edərək yazır ki,Türklərin ata yurdunu yalnız Altayda axtaranlar həqiqəti görmək istəmirlər.(s.-68). Ağasoğlu türklərin Altaya köcmələri və sonradan geriyə qayıtmaları haqqında xəritə də verir. Xəritədə Saqa-Qəmər türklərin Azov dənizi ətrafına gediş –gəliş yolunu Qarabağ- Borçalı-Qara dəniz sahili ilə gedildiyini göstərir.(F.Ağasoğlu “Qədim türk eli s.69) Ağasoğlunun zənnini qəbul etsək Qarabağ-Borçalı türklərinin tarixi 7-8 min ilə gedib çıxır. T.Azərtürk isə daha irəli gedərək bizim ulu dədələrimiz qədim Sümerlərdir deyir. Borçalı xalqının arasında Sümer sözlərinin geniş işlənməsi Azərtürkün zənnini bir daha təsdiqləyir. Amma mənim Akademik alimim isə Borçalıların 17-ci əsrdə yurd saldıqlarını mənə sübut etməyə çalışır. Akademik alimlərimiz gürcülərin əllərinə tutarlı ipucu verirlər ki, onlara “siz gəlməsiniz”deməklə onları gözləri kölgəli saxlasınlar. Yumşaq desək Akademiklərimiz Borçalı türklərinin belinə daş yığırlar.F. Ağasoğlu türklərin ulu yurdlarının Arazın qıraqları olduğunu yazır. 20 ildən artıqdır gedən bu dartışma hələ də dəvam edir. Hələ də aydın deyl alimlərimiz nə vaxt Azərbaycanlıların oluşma (təşəkkül) tarixini aydınlaşdıracaqlar və bu xalqın kimliyni dğru-düzgün xalqa çatdıracaqlar.
Azərbaycanda olan Azıx mağarasını Ermənilər az bir zaman içərisində onların ilk oluşma yurdları kimi dünyaya yaymağa nail oldular. Biz də qova-qova özümüzü Çin sınırlarına aparırıq.
` N. Cəfərov yazır: ”Azərbaycan xalqının təşəkkül formalaşma tarixi eramızın ilk əvvəllərindən başlayan bu proses orta əsrin sonu XVI-XVII-əsrlərdə başa çatmışdı.” (s.-46). Belə bir sual yaranır. Əgər sayğılı alimlərimizin dedikləri düzdürsə, o halda Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı üzə çıxan, eradan qabağa gedib çıxan yüksək uyğarlıqlı yurd yerləri kimlərin, hansı xalqın yurd yeridir. Makedoniyalı Aleksandrın yerlə yeksan elədiyi Xram çaynın üzərindəki, Bun türklərinin şəhərlərinin kalafalıqları hələ də durur. Alban dövləti dönəmində Albaniyanın dövlət dili türk dili olmuşdur. Alban dövlətinin 26 tayfasının 24-ü türk tayfası olmuşdur. III- Vaçaqan dövründə Bibliya türk dilinə çevrilmişdir.(Vikipediya Albaniyada xristianlıq). Qafqaza türklərinin VII-əsrdə gəlmələri budurmu?. Belə düşünən yazarlara demək istəyirəm ki, Ağasoğlunun “QədimTürk eli” kitabını. T.Azərtürkün “Mixi yazılı Azəri Türk dilinin qramatikası” kitabını oxusunlar. O zaman Urmiya dağlarında miladdan 5-6 min il öncəliyə ilişgi (aid) edilən, mixi yazılarını və Həmmədan qızı Bidanın mixi yazılı türk dilindəki, şeiri oxuyanda Qafqaz türklərinin nə zamandan Azərbaycan torpağında yaşadıqlarını anlayarlar.Bir çox tarixçilərin yazılarını araşdırdıqda belə düşünmək olar ki, Dəclə-Fərad çayları arası, Kür-Araz çayları arası və Ceyhun-Seyhun çayları arası eyni uyğarlığa (mədəniyətinə) ilişikdir (aiddir) və bu xalq Türk xalqıdır. Ona görə də doğu türk ellərilə, batı türk elləri arasında ümumi gələnəklərlə bərabər, hər boyun özünə uyğun gələnəyi də olmuşdir. Onu deyim ki, nə qədər soyçəkim çeşitliyi olur-olsun, xalqın birliyində dil və din böyük rol oynayır. Doğu asya ilə batı asya arasındakı, dinin və dilin birliyi qarşılıqlı bir uyğarlıq yaratmışdır. Odur ki, harada Hun adı var, orada ulu türkün sümüyü yatır. Harada alp sözü var orada ulu türkün ayaq izi var.
İki yüz il var ki, tarixçiləri və arxeoloqları bir məsələ düşündürür.Doğu Asya türkləri ilə batı Asya türklərinin antopoloji görkəmlərinin eyni olmadığı açıq-aydın göz qabağındadır. Belə olan halda alimlərimiz nəyə əsaslanaraq önasya türklərinin doğu asyadan gəldiklərini söyləyirlər.. Sümerlərin və önasya türklərinin yaradılış tarixini Avropa və rus alimləri aydın olmayan hansı məntiqdən isə çəkib Monqolustan sınırlarına aparırlar. Sümerlərin və türklərin Monqolustan sınırından gəldiyini deyən alimlərmizdən soruşmaq lazımdır ki, Bu xalqın Monqol tipinə heç oxşarlığı varmı vsra nədədir. Yəqin ki, oxşarlıq tapa bilməyəcəklər. Arxeoloqlar arxeoloji qazıntılarla önasya xalqının qenezini araşdırmışlar. Monqoloid tipli olmalarını inkar etmişlır.
1868 ildə Ceyms Coocvad adlı ingilis arxeoloqu Hindistan monastrının birində çoxlu yazılı tabletlərə rast gəlir. Bu tabletlərin nə olduğunu dostlaşmış monaxların birindən öyrənir ki, 14 min il öncədən Sakit okeyanında batmış Mulara ilişgi (aid) olan tabletlərdir. Ceymis Cooc Həmin tabletləri oxumağı qərara alır. Bu yolda 50 il ömür itirir. Yalnəz 50 ildən sonra 1916-cı ildə Tabletləri oxumağı bacarır. Bununla da tarixdə yeni era açır. Yazının üç müxtəlif əlifbada yazıldığı, ama hamsının bir dildə olduğunu aşkar edir. Yazıdan aydın olur ki, vaxtilə Sakit okeyanında Mu adlı qitə olmuşdur. Qitədə 200 min il yüksək uyğarlıq olmuşdur. 12 min il e.ö. qitə batmış, okeanın altında qalmışdır. Xalq və onun uyğarlığı yox olmuş, yaşayanların çox az bir bölümü qaçaraq qurtula bilmişlər. Sonralar İngilis arxeoloqları Avstaliya yaxınlığındakı adalarda axtarışlar aparmışlar. Adalardan çoxlu özdəksel (maddi) uyğarlıq qalıqları aşkar edilmişdir. Həmin adaların Mu qirəsinin dağlarının təpələri olduğu kəsinlənmişdir. Yapon arxeoloqları sakit okeanın dibində yüksək uyğarlığı olan şəhər və piramidlər aşkar etmişlər.
Ceyms C. Üç tomluuq kitab yazır. Bizi maraqlandıran onun cıxartdığı son olğunluklardır. (nəticələrdir). O, yazır:
1. Yer üzərində ilk sivilizasiya Mu qitəsində olmuşdur.
2. Mu qitəsində yaranmış olan təktanrıçılıq inancının 70 min il yaşı var.
3. Qitədə 4 irq yaşamış, hər bir irqin özünün ayrı əlifbası olmuşdur.
4. Əlifbalar ayrı olmalarına baxmayaraq hamısın da dili eyni olmuşdur.
5. Ölkə RaMu İmperatorluğu adlanmışdır.
6. Qitədə 200 min il yüksək uyğarlıq olmuşdur.
7.Qitə adamları cağdaş dönəmin adamlarından üstün bilikdə və uyğarlıqda olmuşlar.

Mu qitəsindən qaçanlar üç ayrı-ayrı səmtə üz tutmuşlar.1-cilər Amerika qitəsinə gedib Mayyalıların ululrı olmuşlar. 2-cilər haqqında Təhsin Mayatəpək yazır: “ Əsgi türklərin ilk yurtları Ortaasya deyildir. Sakit okyanında 200 min il Mövcudluğunu qoruyub saxlamış və sonra okeanda batmış Mular olmuşlar. Onlar Bəsrə (fars İ.M.) körfəzi ilə Mezopotomiyaya, Fərad çaynın qovuşmasına, (deltasına) Misirə gəlmiş və burada Mu qitəsinin yüksək mədəniyyətini, inkişaf etdirmişlər. Dilini və dini inancını yaymışlar. Akkat və Sümer adı ilə tanınmışlar. Ola bilsin ki, bu ilgidən də Sümer və Mayya arasında olan bir çox oxşarlıqlara rast gəlinir. 3-cülər isə şərqdə Uyğur adı alan Mu övladlarrı idi. Dünyaya ilk mədəniyyəti də Uyğurlar yaymışlar”deyir. (Təhsin Mayatəpək “ İtmiş sivilizasiya” vikipediya) 20-ci əsrin optalarında Yapon arxeoloqlarının Sakit okeanda aşkar etdikləri şəhər Mayatəpəkin zənninin doğru olduğunu kəsinlədi.
Tarixçi T. Mayatəpəkin qənaətinə görə Türklər, Akkadlar və Sümerlər Mu qitəsindən gələn xalqın törəmələridilər. Onlar özləri ilə dillərini və dinlərini də gətirmişlər deyir. Mayatəpəkin sözündən belə aydın olur ki, Mu qitəsinin xalqının dili türk dili olmuşdur. Mayatəpəkin sakınqanlığını bir də ona görə doğru saymaq olar ki, Mular Mezopotomiyaya və misirə gələndə buradakı yerli xalq onları allahlar kimi qarşılamışlar. Çox güman ki, o dönəmlərdə Afrika xalqının da dilləri vı dinləri olmuşdur. Əyər onlarda dil və din olmasa idi, Afrika və Asiya xalqları bir dildə və bir dində olardılar. Biz görürük ki, burada çoxlu dil və din yaşamaqdadır. Mayatəpəkin Uyğurlar haqqında olan 3-cü düşüncəsinin doğru olması biraz kuşqu yaradır. O, Uyğurların dil yaxınlığına görə bu sonluğa gəlmişdir. Əgər onlar Uyğurlarla görüşsəidilər onlarda dildən başqa ayrı uyğarlıqlar da yüksək ola bilərdi. Ama biz bu yüksək uyğarlığı Uyğurlarda yox, Çinlilərdə görürük. Çində ən qədimdən hər tərəfli yaranmış yüksək uyğarlağın tanıkı (şahidi) oluruq. Görünür qaçqınlar Çin yarımadasına gəlmişlər. Yüksək uyğarlığı Çinlilərə vermişlər.
Çində olan yüksək gələnək, bol piramid anıtları bu gümanı kəsinləyir Ancaq onlar az olduqları üçün Çinlilər içində ərimişlər. Dillərini verə bilməmişlər. Onlardan qalan yadigar yalnız Çin piramidləri olmuşdur. Dünyanın ən yüksək və ulu ağ piramidi Çində saxlanılır deyilir. Bu zənn Çinin həmin bölgəsinə beynəlxalq arxeoloqiya təşkilatının buraxılmamasında özünü kəsinləyir. Eyni zamanda böyük Çin səddinin tikilməsində həmin gəlmələrin yüksək mədəniyətlərinin təsiri olmuşdur. İlk sivilizasiyanın dünyanın hər iki ucunda bir- birindən xəbərsiz uyğarlığın cicəklənməsi və bir-birinə tam oxşar olması Mu olayları zənnini artırır və kəsinləyir. Çinin isə yan-yörələri (ətrafları) yabanı (vəhşi) xalqla koşatlı (əhatəli) olduğu üçün uyğarlıq qapalı gəlişmişdir. Çox az ibtidai uyğarlıq olan atların alışdırılması (əhliləşdirilməsi) və oxla ovçuluq uyğarlığı Uyğurlara da keçmişdir. Uyğurların dillərinə gəldikdə, onlara Türk dilini 6 min il öncə Oğuz xan və onun hunları aparmışlar.

Aydındır ki, dünyanın hər iki ucunda yaradılan bu simgələrin bir-birinə bu qədər oxşarlığı heç bir halda rastgələ ola bilməz. Bəs elə isə 14 min il bundan öncə yoxa çıxmış bir xalqın mədəniyyət izi niyə olsun? Yetgin uyğarlığa yiyələnməyən çılpaq qul halında olan Babillilər Babil qalasının 12 m.hündürlüyü olan İştar qapısında hələ də gözəlliyini, parlaqlığını itirməyən çini kərpicləri hansı texnoloqiya ilə kimlər hazırlanmışlar?
Ardı var
