TƏBRİK: HÜSEYNOV ORUC ALLAHVERDİ OĞLU — 59

     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı  ehtiyatda olan mayor Hüseynov Oruc Allahverdi oğlunu doğum günü munasbətilə səmimi qəlbdən  təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  can sağlığı, ailə səadati, həyat yollarında bitib tükənməyən naliyyətlər arzulayır.

    Arzu edirik ki Hüseynov Oruc Allahverdi oğlunun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !

     Mayor Hüseynov Oruc Allahverdi oğlu  08 fevral 1963- cü ildə Zaqatala rayonunun Birinci Tala kəndində anadan olub.

     1980-ci ildə Zaqatala rayonun 1-ci Tala kənd  tam orta məktəbini, 1989 -cu  ildə Zabaykal Dairəsinin Çita şəhərində Politexnik İnstitutunun Avtomobilin İstismarı  fakultəsini bitirib.O, Daxili  Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarlarında, Xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

     1981-1983-cü ilərdə SSRİ Müdafiəyə Nazirliyinin  Zabaykal dairəsinin Çita şəhərində yerləşən hərbi hissəsində müdddətli həqiqi hərbi xidmətdə olub.1989 — 1992-ci illərdə  Zaqatala rayonunda Sürücülər hazırlayan məktəbdə müəllim vəzifəsində işləyib.

    1992- 2003 -cü ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Quba və Zaqatala  rayonlarında  ( Yalama və Xaldan  qəsəbəsində)   yerləşən hərbi hissələrdə Avtomobil və Zirehli texnika Bölük komandiri, avtomobil və zirehli texnika xidmətin rəisi  vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

      Mayor Oruc Hüseynov  2006-cı ildən  Zaqatala Dövlət İdarəetmə  və Texnologiya kollecində müəllim vəzifəsində işləyir.

      O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

        Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

       Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə , xüsusi əməliyyatlarda, döyüş növbəsində,avtomobil və texnika xidməti sahəsində  xüsusi fəriqlənərək şücayət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin  əmrləri ilə müvafiq medallarla təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ORUC !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə: Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: