Qarabağda ermənilərin avtomobili sülhməramlıların zirehli maşını ilə toqquşdu — Ölən var

Xankəndidən Şuşaya çıxan yolda Rusiyanın zirehli transportyoru ermənilərin idarə etdiyi “Mercedes”ə çırpılıb.

Bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Sülhməramlıların həmin ərazidə yolu bağladığı qeyd olunub.

Bu xəbəri paylaşın: