Daha bir qazimiz intihar edib

Daha bir qazimiz intihar edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədov Elxan Mehman oğlu yaşadığı Beyləqan rayonun Şərq kəndindəki həyətlərində yerləşən mal tövləsində özünü iplə asıb.

Elxan Məmmədov 44 günlük Vətən müharibəsində iştirak edib və «Cəsur Döyüşçü», Füzulinin, Cəbrayılın azad olunması medalları ilə təltif olunub.

Əslən Füzuli rayonunun Kərimbəyli kəndindəndir.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: