Jirinovski komaya düşdü, onu süni nəfəs aparatına qoşublar

Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.

“Onun vəziyyəti stabildir. Vladimir Jirinovskiyə bütün lazımi tibbi yardım göstərilir”, — deyə nazirlikdən bildirilib.

Nazirlik əlavə edib ki, siyasətçi fevralın 2-dən Moskva Mərkəzi Klinik Xəstəxanasındadır, ona bütün lazımi köməkliklər göstərilir. Onlar, həmçinin onun COVID-19-un omikron ştammına yoluxduğunu söyləyiblər.

Tibb müəssisəsinin tabe olduğu prezident administrasiyası da bu məlumatı təsdiqləyib.

Bundan əvvəl mediada Jirinovskinin vəziyyətinin ağır olduğu və süni nəfəs aparatına qoşulmalı olduğu barədə məlumatlar yayılmışdı.

Bu xəbəri paylaşın: