Fransa mətbuatı: Türk PUA-ları güc balansını alt-üst etdi

Fransanın «La Croix” qəzeti son illər bir neçə  müharibənin gedişatını dəyişən və dünyanın heyran qaldığı türk SİHA-larından yazıb. 

Qəzet Baykar SİHA-ların güc balansını tamamilə dəyişdiyini vurğulayıb:


Türkiyə istehsalı olan döyüş təyyarələrinin Suriya, Liviya və Dağlıq Qarabağdakı performansı son illərdə onun satışını artırıb. Qəzet ilk öncə gənc mühəndis Selçuk Bayraktarın 2005-ci ildəki açıqlamasına diqqət çəkib: «Belə layihələr dəstəklənərsə, Türkiyə pilotsuz təyyarə (İHA) istehsalında dünyada bir nömrəli olacaq. Bu, böyük fürsətdir».

17 il öncə verilən proqnoz öz təsdiqini tapıb.


Türkiyə getdikcə daha çox silah istehsal etmək və satmaq, habelə ekipajlar üçün təlimlər vermək qabiliyyətinə malik bir hərbi güc kimi yüksəlir.


Pilotsuz uçuş aparatları texnoloji tərəqqinin simvoluna çevrilib və son illərdə Türkiyə hərbi sənayesinin flaqmanı kimi özünü təsdiqləyib.


Bayraktar-TB2 modeli Suriya, Liviya və Azərbaycan kimi regional əməliyyatlarda, xüsusən 2020-ci ilin payızında Dağlıq Qarabağda baş verən münaqişə zamanı istifadə edilib. Bu yolla əldə edilən texnoloji üstünlük güc münasibətlərini dəyişməyə imkan verdi. TB-2 Rusiyanın Pantsir zenit sistemlərini, İskəndər raketlərini məhv etməklə fərqləndi.


«Baykar» şirkəti artıq Ukrayna, Polşa, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və hətta Qətər kimi ölkələrə onlarla dron ixrac edib.

Mənbə: Qaynarinfo

Bu xəbəri paylaşın: