Lənkəranda Şəhid Abidə Kompleksinin açılışı olub

Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəbdə Şəhid Abidə Kompleksinin açılışı olub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib.

Tədbirdə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhid ataları və anaları, Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyevin rəhbərliyi ilə veteranlarımız, qazilərimiz iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev bildirib ki, bu Şəhid Abidə Kompleksinin yaradılmasında əməyi keçən hər kəsə, xüsusilə də orta məktəbin direktoru Bəxtiyar İbayevə dərin təşəkkürlərimizi bildiririk. Şəhidlərimizin ailəsinə baş sağlığı diləyirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Allah Şəhidlərimizin Ruhun Şad Etsin!

Şəhidlər Ölməzlər, Əbədi Yaşarlar!

Bu xəbəri paylaşın: