Müharibə veteranı Haqqa yürüdü…

 Öz peşəkarlığı və humanistliyi ilə, işguzarlığı və mənəvi keyfiyyətiylə, təşkilatçılıq bacarığı ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliliyi ilə  seçilən ömrünün  ən məhsuldar dövrünün çoxunu Daxili İşlər Nazirliyinin Tibb İdarəsində müxtəlif vəzifələrdə, Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsində  baş zabit, Daxili Qoşunların Bas İdarəsinin hərbi hospitalında hospital rəisi (hərbi hissə komandiri) vəzifələrində xidmət etmiş  ehtiyatda olan tibb xidməti polkovniki, AVMVİB üzvü Əliyev Elçin Vəli oğlu 60 yaşında sıralarımızdan ayrıldı…

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Nərimanov rayon şöbəsi Rəhbərliyi

polkovnik Elçin Əliyevin

vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: