Küçəyə qəhrəman döyüşçünün adı verildi

Binəqədi rayonu Biləcəri qəsəbəsində küçələrdən birinə qəhrəman döyüşçünün adı verilib.


Polkovnik-leytenant Həmdəm Ağayev 44 günlük Vətən müharibəsinin ilk günündən öndə olub. Döyüş zamanı rəhbərlik etdiyi bölməni geri çəkərək düşmən postuna təkbaşına girərək, onlara qan udduran və qəhrəmancasına şəhid olan, polkovnik leytenant Agayev Həmdəmin adı, Biləcəri qəsəbəsindəki 1 May küçəsinə verildi.

Xatırladaq ki, Ağdərə rayonu Sırxavənd kəndində dünyaya göz açan qəhrəman Həmdəm Ağayevin qəlbi daim torpaqlarımızın azad edilməsi üçün döyünürdü.  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin oğlu baş leytenant İlkin Rzaquliyev də Həmdəm Ağayevin rəhbərlik etdiyi hərbi birləşmənin tərkibində ağır döyüş yolu keçib. Daim onun əsil komandirliyi haqqında danışıb.


Məkanı cənnət olsun!


Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: