İSA MEHDİOĞLU
(Əvvəli ötən yayınlarımızda)
Eyni zamanda Mu qitəsinin yox olma dönəmi ilə, Mesopotomiyanın ciçəklənmə dönəmi bir birinə uyğun gəlir. Bu uyğunluqlar, oxşarlıqlar arasında hər hansı bir yaxınlıq gizi (sirri) ola bilərmi? Bu yaxınlığı aşkar edən bir giz varsa, o da odur ki, dünyanın hər yerində ən aşağa uyqarlıq ibtidai icma dönəmi olduğu halda, dünyanın iki bucağında yüksək uyğarlıqların yaradılmasını, inanılmaz ölçüdə yüksək olan anıtları gördükdə, adam istər-istəməz belə bir gümana gəlir ki, bizdən öncəki dönəmlərdə yer kürəsində yüksək uyğarlıq olmuşdur. Bu yüksək uyğarlığın birdən birə çiçəklənməsi və batması sorğusu hələ də öz cavabını tapmayıbdır.
Tam yetgin bilgi verməyən Mu yazılarından belə anlamaq olur ki, 70 min il yaşayan bir imperiyanın sözsüz ki, yüksək uyğarlığı olmuşdur. Ola bilsin ki, hər cür çeşüt aracları və texnikaları da olmuşdur. Ağrı-acı (Faciə) baş verən anlarda onlar araclarla Çox güman (ehtimal) ki, uçar göy aracları ilə, özlərinə quru sığınacaq yeri axtarıb tapmışlar. Onar tapıb dayandıqları yerdə yenidən yüksək uyğarlıqlar yaratmışlar. Onlar göydələn piramidaları qaldıraraq hələ də bilinməyən bir texnoloqiya ilə piramidalardan elektrik stansiyaları kimi istifadə etməklə yüksək uyğarlığa (mədəniyətə) yiyələnmişlər.

Belə olan halda bəs niyə yalnız daş tikililərdən başqa yüksək texnoloqiyalı heç bir uyğarlıq izi qoymamışlar. Yazarların dedikləri kimi, Mu adasından gələnlərin uyğarlıqları, gəlib düşdükləri yerli xalqa nisbətən yüksək olmuşdur. Hər hansı ilişgidənsə, bəlkə texnaloqiyanın itməsi ucbatından özlərinin öncəki uyğarlıqlarınadək yüksəldə bilməmişlər. Dönəm keçdikcə aşamalarla unudulmuşdur.
Mu anıtlarındakı yazıya görə 14 min il öncə qitədən çıxan xalq aracları tutacaq sayda adamları ölümdən qurtara bilərdilər. Onlardan bir bölümü Mezopotomiya və Misirə, Bir bölümü isə Çinə və Ameika qitəsinə getmişlər. Bu yüksək ağıllı adamlar yerliləri özlərinə tabe etmiş və qul kimi qabaqlarında işlətmişlər. Yerli xalqda onlara Tanrının göndərdiyi kutsal adamlar kimi tapınmışlar. Yerli xalqən allah dedikləri Nəmrudlar, Faraonlar bəlkə o boydandılar. Nəmrudun törəmələri 700 il, Faraonun törəmələri isə 1500 il hökmürünlıq etmişlər və təbabətin kəsinlədiyi ilgidən, yəni Qemofiliya Xəstəliyindən soyları kəsilmişdir. Öz uyğarlıqlarını (mədəniyətlərini) yerli xalqa verərək yavaş-yavaş o xalqın arasında əriyərək yox olmuşlar. Demək uyğarlıq 14 min il öncədən Mular tərəfindən ön asyaya gəlmiş. Ön Asyadan həm batıya həm də doğua yayılmışdır.
Bir açıqlama (Haşiyə): İnstitutda oxuyanda təbabət tarixindən dərs deyən müəllımimiz deyirdi “Hələ yer kürəsinda yeni-yeni icma dövrü yarananda Babildə tibb elimin hər tərəfli yüksək zirvəyə qalxmş bir dövrü olmuşdur. Ən incə göz əməliyatları, ən ağır orqan əməliyatları edilmişdir. Hammurabinin verdiyi qanunlar bizə bu sözü deməyə güman verir. E. Ö.1800 illərdə yazılmış Hammurabi qanununda deyilir ki, Əməliyat zamanı gözü kor edən həkimin bir gözü çıxarılsın, sənətdən qovulsun. Səhv əməliyat edən cərrahın əli kəsilsin. Hammurabinin diş protezi o qədər incə düzəldilmişdir ki, Onun düzəlmə sirri bu gün bilinmir. Babildən sonra tibb elimi Misirdə yüksəliş etmişdir. Bu yüksək uyğarlılıq (mədəniyyət) necə olmuşsa təmiz itmişdir. Bizim bu günkü təbabət hələ Hammurabi dönəminə gəlib çatmayıbdır. Misir faraonlarının sümüklərini yoxlayan alimlər onların sümüklərində hemfiliya xəstəliyinin patoloqiyasını aşkar etmişlər. Hemofiliya xəstəliyi də faraonların kişi nəslənin kəsilməsinə nədən olmuşdur.”Yazılarına görə onlar Ari, təmiz qanlı təbəqə olduqları üçün yalnız öz qanlarından olanlarla evlənmişlər. Qanda da onların bilmədikləri genetik-irsi qemofiliya xəstəliy olmuşdur. Nə qədər özlərini qorusalar da oğlanlr gənc ikən ölmüşlər. Son halda oğul nəsli kəsilmişdir. Qadınlar da yerli xalqla evlənərək əriyib yox olmuşlar. Belliklə də mezopotomiyada 700 il höküm sürdükdən sonra Nəmrudların, Misirdə 1500 il höküm sürdükdən sonra Faraunların nəsilləri kəsilmişdir.
Mulardan gələn uyğarlıq (mədəniyyət) Mezopotomiyada yüksəlmiş. Babilanda Elmin bütün sahələri çiçəklənmiş. Yuxarda danışdığım Xammurabi qanunları yaranmışdı. Yabançı tayfa olan Xettilərin basqıları Babil uyğarlığını yer üzündən silmişdir.
Bilim adamları qaçıb Mədainə (Persepola) sığınmışlar. O dönəmlərdə Mədaində (Persepolda) də elm mərkəzləri olmuş, dünya şöhrətli Anahad məbədi elm mırkızi olmuşdur. Yavaş- yavaş Mədaində uyğarlıq yüksəlməyə başlamışdır. Mədaində nüfuzlu bilik ocaqları yaranmışdır. E.ö.IV-əsrdə Makodoniyalı İsgəndər Mədaini dağıdaraq yer üzündən silmişdir.

Yeri gəlmişkən, Sağlıq və doğum Allahı olan Anahadı araşdırıçı alim, Hikmət Məmmədzadə, sözün anlamına aydınlıq gətirmədən onun fars xalqının Tanrısı olduğunu deyir. Ancaq ana sözünün nə zamandan farslara aid olduğunu demir. Adından da anlaşılır ki, “Anahad” təmiz Azər türklərinin sözüdür. Bu gün də Borçalıda yaşlı nəsl həkimə, “hadıq” deyirlər. Uşaq turan mamaçalara da “anahadıq” deyirlər. “Hadıq” sözü qədim türklərdə “həkim” anlamını verən söz kimi işlənmişdir. Bu mürəkkəb söz “ana” və “hadıq” sözlərindən əmələ gəlmişdir. Anahadıq sözü aşamalarla (tədricən) dəyşirilərək “Anahad” olmuşdur. Məlum olmayan hansı ilgidənsə, ən qədim sözümüz olan Anahad, ədəbiyyata və bilim dünyasına yanlış olaraq Anahid kimi girmişdir. Görünür, bizim bilim adamlarımız bu sözün ilkini ədəbiyyata gətirəndə xalqın dilindən yox, yad qaynaqlardan, Fars, erməni, ya da gürcü qaynaqlarından (mənbələrindən) götürmüşlər. Çünkü onlar da Anahadı özlərinin sağlıq və doğum allahı bilirlər. Ancaq onlar adına Anahid deyirlər.
Qafqaz xalqları, türklər, gürcülər və ermənilər, hər biri ayrılıqda, doğum və sevgi ilahəsi olan Anahadı özlərinin ilk Tanrılarından biri hesab edirlər. Elm aləmi də Anahadı (Anahidi) Saturin ulduzu olduğunu deyir. Ən qədim ilahə olan Anahadı, Misir məbədinin baş ilahəsi İzislə müqayisə etmək olar. Bəzi məlumatlara görə, Misirdə İzis məbədi kimi Güney (Cənubi) Azərbaycanda da Anahad məbədi ün almışdı (məşhur olmuşdur). Bu məbəddə kahinlərlə bərabər, dünya elmlərinin bilikləridə öyrədilmiıdir.
Tarix yazarlarının verdiyi bilgilərə görə, böyük mütəfəkkir Pifaqor Dara dövründə əsir düşdüyü dönəmlərdə bu məbəddə 8 il astraloqiyadan geniş bilik alaraq, ölkəsinə qayıtmışdır. Bəzi ədəbiyyatların verdiyi bilgilərə görə, Pifaqor əsirlikdə olarkən, Vavilonada Zərdüşt ilə dəfələrlə görüşmüş və ondan ulduzlar haqqında bilik almışdır. Görünür bu sətirin yazarı (müəllifi) yanlışlığa yol vermişdir. Tarixi bilgilərə görə, Zərdüşt Pifaqordan bir neçə yüz il (təxminən 300 il) öncə yaşamışdır. Belə olan halda, Pifaqor Zərdüştlə yox, Zərdüştlüyü təbliğ edən, onu yaşadan kahinlərlə görüşə bilərdi və onların köməkləri ilə biliyini artıra bilərdi.
Misirdə də Mu mədəniyyəti çiçəklənmişdir. Yərüssəlim Misirin elm mərkəzinə çevrilmişdir. Yərüssəlim elmin bütün sahələərinin mərkəzi olmuşdur. Surətlə nüfuz qazanan xristianlıq dünya elminə təziqlər etməklə onu sıxışdırmağa başlayır. Bilim adamları məktəbi Yərüssəlimdən İsgəndəriyyəyə köçürməyə məcbur olmuşlar. İsgəndəriyyədə elmin bütün sahələrinə uyğun fakyltələr yaradılmışdır. İsgəndəriyə Akademiyasında elmi loborotoriyalar açılmışdır. Astrolaqiya yüksək inkişaf etmişdir. İsgəndəriyə Məktəbinin dünya şöhrəti qazndığı dönəm, eyni zamanda xristianlığın nüfuzunun artdığı bir dönəmə düşmüşdür. İsgəndəriyyədə yahudi və xristin qırğını başlayır. İsgəndəriyyə Universtetinin Astronomiya, Astroloqiya, riyaziyat alimi filosof Hipatiya (370-415) bu ədalətsiz və yersiz din qırğınının qarşısını almağa çalışır. Hər iki düşmən lagerinin ortasında çıxış edərək deyir: “ Boş inancları gerçək deyə xalqa öyrətməkdən daha qorxunc bir şey ola bilməz. İnsanların boş inanclara bir gerçək kimi inanıb, uğurunda döyüşmək dəlilikdir.” (Hipatiya internet) Bundan hiddətlənən xristiyan din xadimi, “O dinsiz ifritədir ulduzlzrla danışır Allaha qaşı çıxır o ölməlidir” deyərək, xalqı onu öldürməyə çağırır.. Xalq İlk qadın alimi soyundurur, dərisini soyur və oda atırlar. Dinə qarşı çıxan alim filosof Hipatiya dinin ilk qurbanlığı olur. Alimin rəsətxanası məktəbi dağıdılır. Bundan sonra yüzlərlə, bəlkə də minlərlə alim dinə qurban gedir. İsgəndəriyyədən qaçan elm adamları Hələbdə dünyəvi məktəb açırlar. Tezliklə Hələb dünyəvi məktəbi dünya səviyəsində nüfuz qazanır. Bundan qısqanclıq çəkən xristianlıq ruhaniləri Hələb məktəbini də yandırırlar. Ələ keçən müəllimləri öldürürlər. Qacanlar Bağdat da dünyəvi məktəb yaradırlar VI-əsrdə Bağdat məktəbinin şöhrətli vaxtı İslam impreriyası Bağdadı tutur. Dünyavi məktəb sıxışdırılır.IX əsrdə dünyəvi məktəb bağlanır Müəlimlər İsvahana qaçırlar. İsvahanın Alamut qalasında məktəb açırlar Məktəb 200 il dünyanın elm mərkəzi olur, dünya şöhrəti qazanır. Əl Birunu riyziyatda, coğrafiyada, Uluq bəy Astranomiyada dünya şöhrətli açıqlamalar (kəşflər) edirlər. Ancaq islam dünyası boğur açıqlamalar kağız üzərində qalır. “Zibillikdə bitən çiçək urvatsız olar” məsəli özünü doğruldur. Bağdat üləmaları Aləmut məktəbini şeytan yuvası adlandırıb, xəlifəyə sızlıq (şikayət) edirlər Xəlifə məktəbin bağlanmasına fərman verir. Höküm yerinə yetirilir. Məktəb bağlanır nüfuzlu müəllimlər öldürülür Sağ qalan müəllimlər İtaliyaya qaçırlar.
İslam dünysında da Buxara, Təbriz, İsfahan, Səmərqənd Xarəzm dünya ünlü bilik mərkəzləri də bağlanır. Kitabxanalar yandırılır. Bu məktəblərin də ünlü bilim adamları İtalyaya qaçırlar. İslam dünyasının dünya elimlərində nəinki durqunluq yaranır. Olanlar unudulur.Yalnız dini oxullara (təhsilə) izin verilir. Son halda da islam dünyası bu gördüyümüz günə düşür. Dədələr doğru deyiblər “ Elmə kor baxanın gözü kor qalar.”

İtaliya dövləti Müəllimlər kollektivinə sığınacaq verir. İtalyada Etruskların başkəndi Florensiya şəhərində məktəb acırlar. Şərqin düşünən beyini Avropaya köçürülür. Florensiya məktəbi tezliklə dünyanın ən nüfuzlu məktəbi olur. Florensiya məktəbi Avropanın elm mərkəzinə çevrilir. Rəssam Leonardo da Vinçi, ünlü filosof F. Bakon, ünlü astronom Kepler, rəssam Bottiçelli, fizik İ. Nyuton, astronom N Kopernik və bir çox dünya şöhrətli alimlər Florensiya məktəbinin yetirmələridilər. Alamut Alimlərinin İtalyaya qaçmaları ilə Amerika və Avropada elminin yeni erası başlayır. Florensiya Amerika və Avropa elminin ilk akademiyası olur. Əl Biruninin etdiyi kəşfləri yalnız 500 ildən sonra Kopernik yenidən kəşf edir və dünya şöhrəti qazanır. Avropa və Amerika elimi çiçəklənərək gəlib bu günə çatır. Bundan sonra doğu dünyası nə qədər dahilər yetirirsə yenə də Avropa Amerikadan güri qalır.
Çünkü “tökülən çanaq birdə dolmaz” demişlər.Sonda ulu dədələrimizin bir neçə qədim şeirini qədim dildə də oxucuların öhdəsinə verirəm. I-Arazın sağında Urmiya torpağında tapılan 8 – min il öncəyə ilgili edilən, mixi yazıları ilə qayalara yazılmış bir şeiri, Taryel Azərtürkün açıqlamasında verirəm.
“Ərudü udsuz Kür deyə kü, Arazu deyə,
Gələ edə saab barı Hunca deyə Hunca deyə.
Kaşki Bida sağala, Həmmadan kuku,
Kaşki Bida Nukuş ürə, Həmmədan kuku.
(T. Azərtürk “Mixi yazılı azəri türk dilinin qrammatikası” SEATTLE.Baku 2004 s.199)
Çevirməsi (tərcüməsi):
Əridim odsuz Kür deyə, Araz deyə,
Gələ edə yardım Hunca deyə, Hunca deyə,
Keşgə Bida sağala Həmmədan kuku,
Keşgə Bida naxış vura Həmmədan kuku.
*Kuk, Tutu kuşunun adıdır.
1970 illərdə İravan arxeoloji qazıntılarında tapılan ox üzərindəki yazıların 4 min il öncələrdən yazıldığı kəsinlənmişdir. Yazını oxumuşlar orada deyilir:
“Sar deyə, əyir iyə, gejdi səba
Sar deyə əyir iyə durisə üstünü”.
T.Azərtürk. “ mixi yazılı azəri türk dilinin qrammatikası” Bakı 2004 s.15
Sar sözü danışığmızdan çıxsa da, mahnılarmızda “yağı, quldur” anlamında hələ də işlənir. Yazının cevirməsinə (tərcüməsinə) də ehdiyc yoxdur. Azərbaycan dili olduğu aydındır.Yazı hansı dilə ilgin olmasına baxmayaraq Ermənilər həmin yazını əllərində önəm tutaraq erməni şəhəri kimi İravanın 4 min illiyini keçirdilər. Biz isə əlmizdə olanları da həyata keçirə bilmirik. Allah bizim dadımıza çatsın.Şeirlər 8 min və 4 min il öncədən yazılmasına baxmayaraq oxucu fikiri çox aydın başa düşür. Kür-Araz üzərində böyümüş ulu nənəmiz olan. Bida Hun qızı Həmadaninin bu şeyrindən Hun türklərinin xüsusilə Borçalı Anadolu türklərinin hansı dönəmdən yerli xalq olmaları açıq aydın görünür.
İndi doğu türküstan Uyğur türkünün şeirini oxuyaq: E.ö. II-əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə deyilmiş ğı:
“Ödlək küni tavratur,
Yalnquk küçin kəvrətür,
Ərdin ayün sevritür,
Qaçsa taki ertilür.”
Yanız 4-cü sətr bir az qanılır. (N.Cəfərov “Qədim türk ədəbiyatı” Bakı AzAtaM. 2004.s 81.) kötügün dilini heçcür anlamaq olmur Çevirməsi (tərcüməsi)
“Fələk fürsət gözlədi
Gizlicə tələ qurdu,
Bəylər bəyini apardı.
Qaçsa necə qurtulacaqdı”.
Bu şeirləri oxucu özü incələyib aydınlaşdırsın. 8-min il öncədən yazılan dilmi ona yaxındır, 4.min il öncədən yazılan dilmi, yoxsa ki, 2 min il öncədən yazılan dilmi ona yaxındır. Bu zaman o hansı türkün törəməsi olduğunu, Qafqaza gəlməmi yoxsa yerlimi olduğunu yaxşı anlayar. Görəsən, Qafqaz və Önasya türklərinin doğudan Monql sınırlarından gəlib deyənlər bu yazıları oxumurlarmı? Bu tarixi anıtlardan açıq-ay dın görünür ki, türk dili doğudan batıya yox, batıdan doğuya sarı yayılmışdır.
