TƏBRİK: QÜDRƏTOV RASİM DƏRGAH OĞLU — 57

     Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi (təcürbəsi), işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, qorxmazlığı və  insanpərvərliyi, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin  Tıbb İdarəsində və Hospitalında müxtəlif vəzifələrdə, Daxili Qoşunların  Hərbi hospitalı rəisinin müalicə işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində Hərbi Həkim Komissiyasının sədri, Tibb Xidmətiində baş zabit və  Tıbb Xidmət rəisi (şöbə səlahiyyətli) vəzifələrində  Vətənə,  Dövlətə və Xalqa sədaqətlə xidmət etmiş ehtiyatda olan tibb xidməti polkovniki Qüdrətov Rasim Dərgah oğlunun 57 yaşı tamam olur.

     Bu əlamətdar gün münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev tibb xidməti polkovniki Rasım Qüdrətovu  doğum günü  münasibətilə səmimi qəlbdən təbrik edir, ona  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib  tükənməyən nailiyyətlər arzulayir.

    Arzu edirik ki, Rasim Həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RASİM HƏKİM!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: