Müharibədən sonrakı bir il ərzində 73 min erməni gedib və bir daha geri qayıtmayıblar.
«Joğovurd» (Xalq) qəzetinin yazdığına görə keçən il 73 min 571 nəfər erməni ölkəyə geri qayıtmayıb.
Yəni, ümümilikdə 762 792 nəfər erməni ölkədən çıxıb, lakin onlardan 687 221 nəfəri qayıdıb. Söhbət eksklüziv olaraq yalnız Ermənistan vətəndaşlarından gedir. Üstəlik təkcə keçən ilin birinci yarısında 22 000-ə yaxın Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını qəbul etmişdir.
Bu isə son 4 il ərzində mütləq REKORD rəqəmdir. Bundan başqa, ötən il 161 000-ə qədər Ermənistan vətəndaşı «YAŞIL KART» qazanmaq üçün müraciət etmişlər. Əgər biz məxməri inqilabdan əvvəlki və sonrakı dövrü müqayısə etsək, rəsmi məlumata görə 2017-ci ildə Ermənistandan gedib qayıtmayanların sayı 36 200 nəfər olub.
Erməni mətbuatına istinadən,
İSMAYIL TANRIVERDİ
