TƏBRİK: NAĞIYEV ANAR VAQİF OĞLU — 45

      Yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün   23 ildən çox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrində və Daxili İşlər Orqanlarında  keçirmiş ehtiyatda olan polkovnik — leytenant  Nağıyev Anar Vaqif oğludur. Onun 45 yaşı tamam olur.

     Bu əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev, ehtiyatda olan polkovnik leytenant Nağıyev Anar Vaqif oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı və həyat yollarinda bitib-tükənməyən naliyyətlər arzulayır.

   Anar Nağıyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

        Polkovnik leytenant Nağıyev Anar  Vaqif oğlu  18 fevral 1977- ci  ildə  Bakı şəhərində  hərbiçi ailəsində dünyaya göz açıb.

      Anar Vaqif oğlu Nağıyev  1993-c ü ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində  Azərbaycan Texniki  Ünversitetini ,Naxçıvan Muxtar Respublikasıda isə  Naxçıvan  Dövlət   Universitetini (hüquq fakültəsini)   bitrib.Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ali hərbi məktəblərində müvafiq kurslarda olub,  Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirilən bir çox metodiki təlim toplanışlarında, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.

        Polkovnik- leytenant Anar Nağıyev  1997-ci ildə  Azərbaycan Dövlət Texniki Ünverstetinin hərbi fakültəsini müvəqqiyətlə  bitirdikdən  sonra, ona  Müdafiə Nazirinin müvaiq əmri ilə ilk hərbi leytenant rütbəsi verilib.

      Nağıyev Anar Vaqif oğlu  1998- 2008- ci illərdə Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Xəzər  və Xətai rayonlarında  yerləşən hərbi hissələrində   və məktəbdə  taqım və böluk  komandiri, Xüsusi Təyinatlı Dəstə Komandirinin müavini, İdman və fiziki hazırlığ rəisi, 2008-2020-ci illərdə Daxili İşlər Nazirliyinin  Arif Heydərov adına kicik rəis heyəti hazırlayan məktəbdə baş müəllim, kafedra rəisi, Məktəb rəsinin xidmət üzrə  müavini,  Sumqayıt şəhər, Nefitcala, Səbail və Qaradağ rayonlarında yerləşən polis idarə və şöblərində isə patrul tabor komandinin müavini, İctimai təhlükəsizlik  və yetkinlik yaşına çatmayan  işlər üzrə şöbələrin rəisi , Növbətçi Xidmətinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

         O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Nağıyev Anar Vaqif oğlu  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində  hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün  ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harada xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmüşdur.

      O,  həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

      Polkovnik- leytenant  Nağıyev Anar Vaqif oğlu, Daxili Qoşunlarda və Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində Xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi (komandir) hazırlığında  və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Məktəb rəsinin, hərbi hissə komandirinin və rayon polis idarəsinin rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş,İdman dərəcəsi  və yubiley nişanları ilə,   fəxri fərmanlarla və qüymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

     Döyuş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində,  döyüş növbəsində xüsusi fəriqləndiyinə fədakarlıq və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Qusursuz Xidmətlərə görə 1-ci, 2-ci  və 3-cü dərəcəli,  Silahll Qüvvələrin yaranmasının isə 10-iliyi və 90-iliyi yubley medaları ilə təltif edilib .

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ANAR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: