Lənkəranlı müharibə veteranları Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 33-cü ildönümüylə bağlı keçirilən tədbirdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsi sədrinin müavini Saleh Dostiyev məlumat verib.
Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 33 -cü ildönümü ilə bağlı tədbirdə Əfqanıstanın veteranlarının keçdikləri döyüş yollarından və doğma vətənimizin müdafiəsində onların iştirakından söz açıldı.
Həmçinin Azərbaycanın Ordusunun qəhramnliq göstərərək 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbədə şəhid olmuş şəhidlərimizin ruhuna fatihə və dualar oxundu.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şəhidlər Ölməzlər, Əbədi Yaşarlar!..
Fedai.az




