Arayik Harutyunyanın torpaq alveri ilə məşğul olan bir qrup casusu ifşa olundu.
Erməni mətbuatının yazdığına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti son müharibə zamanı bir qrup casus müəyyən edib. Hansı ki, bu qrupun üzvləri Azərbaycanın azad etdiyi Hadrut və başqa bölgələrdə hələ 44 günlük müharibədən əvvəl uydurma «Artsax»-ın prezidenti Arayik Harutyunyanın öz adına özəlləşdirdiyi torpaqları və əmlakını satmaqla məşğul olublar.
Məlum olub ki, cinayətkarlar əldə etdikləri məbləğ ilə Rusiyanın Rostov vilayətində Arayik Arutyunyanın adına rəsmiləşdirilmiş minlərlə hektar torpaq sahələri alıblar.
Ümidvarıq ki, bu şərəfsiz insan qatili tezliklə etdiyi cinayətlərə görə öz cəzasını alacaq.
İSMAYIL TANRIVERDİ
BDU- nun Erməni Araşdırmaları Təlim Mərkəzinin Direktoru