Təbrik: Əlövsət Məmmədov — 56

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun ad günüdür.


Əlövsət Məmmədov Birinci Qarabağ və 44 günlük Vətən müharibələrində yaxından iştirak edib. Cənub cəbhəsində gedən döyüşlərdə daim əsgərlərimizin yanında olub. Bu gün də şəhidlərimizin unudulmaması və onların adlarının əbədiləşdirilməsi üçün çalışmaqdadır.


Fəal şöbə sədrlərindən sayılan Əlövsət Məmmədovu ad günü münasibətlə təbrik edir, can sağlığı və uğrunda döyüşdüyü torpaqlarda uzun bir ömür, könül xoşluğu ilə yaşanacaq bir həyat arzulayırıq.


Bütün gözəlliklər sənin olsun!


100 yaşa, Əlövsət bəy!


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Fedai.az kollektivi

Bu xəbəri paylaşın: