TƏBRİK: MƏLİKOV MAARİF HƏRİF OĞLU — 59

     İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə  qeyd olunur. Belə insanlardan biri də  peşəkarlığı  və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən, ömrünün şərəfli xidməti yolunun 29 ildən  çoxunu   Daxili İşlər Nazirliyinin İslah Əmək müəssisələrində və Daxili Qosunların hərbi hisələrində keçirmiş, Silahlı Qüvvələr və Müharibə Veteranı , ehtiyatda olan polkovnik- leytenant Məlikov Maarif Hərif oğludur. Onun  59 yaşı tamam olur.

      Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və AVMİB-nin sədr müavini polkovnik Salman Musayev  Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik- leytenant  Məlikov Maarif Hərif oğlunu  doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti  və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Maarif  Məlikovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin . Amin!

     Silahlı Qüvvələr və Müharibə Veteranı ehtiyatda olan polkovnik-leytenant  Məlikov Maarif  Hərif oğlu 18 fevral 1963 -cü ildə anadan olub.

    Məlikov Maarif  Hərif oğlu 1979-cu ildə Sabirabad rayonunda orta məktəbi,  1987-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin zabitlər (rəislər) hazırlayan məktəbi,  1998 -cı ildə Müdafiə Nazirliyinin Zabitlərin təhkimləşdirmə  ( ixtisas artırma) kursunu,  2009- cu ildə isə  Bakı Dövlət Unversitetini bitrib. Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki təlim- toplanışlarda, təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib .

       Polkovnik-leytenant  Maarif Məlikov 1981-1983-cü illərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub. 1988-1993-cü illərdə SSRİ Daxili İşlər Nazirliyinin Rusiyada yerləşən islah əmək müəssisələrində müxtəlif vəzifələrdə olub.  1994-2014-cü illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Lənkaran şəhərində, Füzuli,   Hacıqabul,  Zaqatala, Binəqədi rayonlarında yerləşən hərbi hissələrdə taqım və böluk komandiri, hərbi hissə komandirinin hüquq işlər üzrə köməkçisi, Alay və Briqada komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.Maarif Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində hərbi təçürbə əldə etmək  məqsədli ılə Türkiyə Silahlı Qüvvələrində işgüzar səfərdə olmuşdur.

      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

      O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliacıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə ,fədakarlıq və şücaət göstərdiyinə  görə   Azərbaycan Respublikasının Prezidenti adından Silahll Qüvvələr Veteranı, Qüsursuz Xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli,  Silahlı Qüvvələrin yaranmasının isə  10 iliyi,  90-illiyi və 95- iliyi yubiley  medalları ilə təltif olunub.

       Azərbaycan Respublikasının Prezidentinin 09 mart 2007-ci il  tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdikləri  şücaət və igidliyə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə  yetirərkən fəriqləndiyinə görə  » Hərbi Xidmətlərə Görə» medalı ilə təltif edilib.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MAARİF BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: