Vətən Müharibəsi Qəhrəmanının Ad günü qeyd edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin üzvü olan müharibə veteranları Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ Kəşfiyyatçısı Veysəl Yadulla oğlu Musibovun Ad gününü məzarı başında qeyd ediblər. Onun keçdiyi qəhrəmanlıqlarla dolu döyüş yolu və Ordumuzun, məhz bu qəhrəmanlar sayəsində qazandığı tarixi qələbə haqqında çıxışlar edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.


Şəhid Veysəl Musibovun məzarı ziyarət olunaraq gül qoyulub və şəhidin ruhuna dualar oxunub.


Allah şəhidimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: