Göygöl veteranları tədbirdə iştirak ediblər

Göygöldə müharibə veteranları Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 33-cü ildönümüylə bağlı keçirilən tədbirdə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimayi Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Göygöl rayon şöbəsi sədri Həbib Hüseynov məlumat verib.


Tədbir Əfqanıstan Veteranları İctimai Birliyi Gəncə, Göygöl, Daşkəsən, Gədəbəy, Samux və Şəmkir rayonları üzrə kordinatoru Şamil Həsənovun təşkilatçılığı ilə keçirilirdi.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət edib gül dəstələri qoyublar.


Tədbirdə Göygöl rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətli nümayəndəsi Sərdar Balayev də iştirak edib.


Elnur Səlim

Bu xəbəri paylaşın: