AVMVİB Tərtər rayon şöbəsi Anım tədbirində iştirak edib

Tərtər rayonu Qapanlı kəndində şəhid Qurban Camal oğlu Quliyevin Anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayevin rəhbərliyi ilə rayon veteranları, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

Şəhid Qurban Camal oğlu Quliyev 1968-ci ildə Tərtər rayonu Qapanlı kəndində anadan olub. Əfqanıstanda xidmət keçdiyinə görə döyüş sənətinə bələd idi. Bir sıra döyüşlərdə iştirak edən Qurban Quliyev 1994-cü ilin fevralında N saylı hərbi hissənin tərkibində Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib və 17 fevral 1994-cü il çəhid olub.

Şəhidlərin əziz xatirələrinə həsr olunmuş abidəyə gül qoyulub və onların ruhuna dualar edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: