Füzuli rayonunda Rusiyada yaşayan vətənpərvər soydaşlarımızdan olan AVMVİB-nin fəxri üzvü, Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov soydaşlarımızdan ibarət vətənpərvər qrup adından Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd, Beyləqan və Füzuli rayon şöbələri ilə birlikdə müharibə veteranlarının ailələrinə baş çəkib.

Rusiyanın Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın yaratdığı qrupun müharibə insanlarına göstərdiyi xeyriyyəçi və humanist münasibətlər haqqında məlumat vermişik. Hər bir azərbaycanlıya örnək işlər görən bu qrupun nümayəndəsi Cavid Nəzərov bu qrupun adından bu dəfə Füzuli rayonu Zoobucuq qəsəbəsində yaşayan veteranlarla görüşüb və onlara maddi yardım göstərib. Həmçinin C. Nəzərov şəhidlərin xatirəsinə həsr olunmuş və yarımçıq qalmış Xatirə Bulağının tikintisinə yardımçı olacaqlarını bildirdi. Bu qrup, həm müharibə gedən günlərdə, həm də indi dövlətimizə, ordumuza, şəhid və qazi ailələrinə göstərdikləri maddi-texniki dəstək bu gün də davam etdirilir və döyüşçülər tərəfindən onların bu addımı təqdir edilir.

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov rayon şöbəsi və AVMVİB adından Norilskidə yaşayan vətənsevər soydaşlarımıza öz minnətdarlığını bildirdi. Bildirdi ki, bu gün Ordumuzun qələbəsində, məhz belə insanlarımızın da əməkləri var. AVMVİB rayon şöbəsi olaraq, qəlbi hər zaman tarixi vətənləri ilə döyünən Rusiyanın Norilsk şəhərində yaşayan soydaşlarımıza 44 günlük Vətən müharibəsi ərzində nümayiş etdirdikləri birlik və mütəşəkkilliyiə görə, dövlətimizin yanında olaraq qazilərimizə göstərdikləri maddi-texniki dəstəyə görə minnətdarlığımızı bildirir, onlara fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov iştirak etdilər.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Füzuli
