Biz öz «dərsimizi» bizdən öncəki döyüşçülərdən aldıq

Vətən müharibəsinin qəhrəman zabitlərindən, «Cəsur döyüşçü», «Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli», «Füzulinin azad edilməsi», «Xocavəndin azad edilməsi» medalları ilə təltif edilmiş İlkin Rzaquliyev yazır…


Həmişə demişəm, ölənə kimi də deyəcəm. 2-ci Qarabağ savaşını qazanmış bizlər (gənc döyüşçülər-red.), bu Zəfərə görə 1-ci Qarabağ savaşçılarına borcluyuq.

Təbriz verildi susduq, Dərbənd verildi susduq, Borçalı verildi susduq, İrəvan verildi dedik hökümətimiz nə isə bilir versin. Göyçə verildi, dedik, yəqin bir bildikləri var. Zəngəzur verildi, yenə susduq.


Amma Qarabağ veriləndə isə əsl KİŞİLƏR heç nəyi düşünmədən silaha sarıldılar və səslərini çıxardıb etiraz elədilər.


Bu bizim aldığımız dərs oldu və yetişməkdə olan nəslin beyninə həkk olundu ki, torpaqdan pay olmaz.

Qarabağ — Zəngəzur, Azərbaycandır!!!

Bu xəbəri paylaşın: