Gənc Qazilərin saytı fəaliyyətə başladı

Qazilərin daha bir saytı faliyyətə başladı. Qazi.az adlanan xəbər portalı 10 fevral 2022-ci ildən fəaliyyətə başlayıb.

Sosial şəbəkədə edilmiş paylaşımda deyilir: «Qazi.az saytı «Gənc Qazilər» Birliyinin xəbər portalıdır. Biz bu saytda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb əlil olanların, şəhid olanların, onların ailə üzvlərinin, o cümlədən müharibə veteranlarının problemləri, onların döyüş və həyat yolu haqqında, dövlətin bu qəbildən olan insanlara yönəlik gördüyü işlər haqqında xəbər verəcəyik.

Eyni zamanda, Qazi.az saytı ordumuzun dünəni və bu günü, Azərbaycanın ictimai, siyasi, sosial, mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən hadisələri, maraqlı məlumatları da oxuculara çatdıracaq. Həmçinin saytımızda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları, vaxtaşırı xəbərlər, analitik yazılar hazırlayacağıq. Vətəndaşlarımızın, əsasən də, gənclər arasında hərbi vətənpərvərlik işinin təbliğ edilməsinə yardımçı olacağıq. Saytımızın ölkəmizdə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınması üçün çalışacağıq.

Qazi.az tam obyektiv və müstəqil olaraq xəbər yayır. Saytımız bütün şirkət, təşkilat və fiziki şəxsləri reklam əməkdaşlığına dəvət edir. Saytımızda reklam əsasları ilə press-relizlər, məqalələr, bannerlər, video və foto reportajlar yerləşdirə bilərik.

Reklamla bağlı suallarınızı və təklifləriniz varsa bizimlə əlaqə saxlayın.

Tel/Whatsapp: +99455 461-51-38Email: gencqaziler@gmail.com»

Təbrik edir və gələcək fəaliyyətlərində uğurlar diləyirik.

Elnur Səlim

Bu xəbəri paylaşın: