Qondarma (S)artsax hərəkatının 34-cü ildönümü münasibətilə quldurbaşı Arayik Arutyunyan respublikanın yüksək vəzifəli şəxsləri, hərbçilər və bir gün əvvəl gələn “(S)artsaxın müdafiəsində” ictimai təşəbbüsünün üzvlərinin müşayiəti ilə Ermənistandan olan qonaqlar Xankəndi (Stepanakert) memorial kompleksini ziyarət edib, gəbərdilmiş separatçıların xatirəsini yad ediblər.
Bu barədə quldurbaşı aparatının mətbuat xidməti məlumat yayıb.
Arutyunyan, həmçinin Xankəndi hərbi leşxanasında (panteonunda) olub, burada müharibə zamanı həlak olmuş leşlərinin basdırıldığı məzarlar üzərinə gül dəstələri qoyub.
Onu da qeyd edək ki, bizim hüquq-mühafizə orqanları bu üzdəniraq Arayiki axtarırlar. Yeri bəllidir. Azərbaycanın Xankəndi şəhərində erməni qəbiristanlıqlarında dolaşır.
