Şəhid Mirzəyev Elmin Əvəz oğlu 20.02.1995-ci ildə Xocavənd rayonun Əmrallar kəndində anadan olub. Orta məktəbi Salakətin kəndində başa vurub.
2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2015-ci ildən N saylı hərbi hissənin tərkibində müddətdən artıq hərbi quluqcu kimi hərbi xidmətini davam etirmişdir.
Son döyüşü 2.10.2020-ci il tarixində olub.
Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhramancasına döyüşüb. Şəhidin ad günü Xocavənd rayonunda qeyd olunub.

Tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov, rayon ictimaiyyəti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov və AVMVİB Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, müharibə veteranları iştirak edirdilər.

Şəhid Elmin Mirzəyev 20.02 2022-ci il mövludu günündə şəhid Elmin Füzuli və Cəbrayıl rayonların azad olunmasında igidlik göstərmişdir. Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş və ölümündən sonra, «İgidliyə görə», «Vətən uğrunda», «Cəbrayıl və Füzulinin azad olunamasına görə» medallarıyla təltif edilmişdir.

AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Akif Həsənov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə başsağlığı verib, AVMVİB-nin təsis etdiyi Xatirə medalını şəhid ailəsinə təqdim edib.
Tədbir iştirakçıları şəhid Elmin Mirzəyevin məzarı üzərinə güllər qoymuş və ruhuna dualar oxumuşlar.
Allah rəhmər eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd


