AVMVİB-də yeni təyinat

AVMVİB sədri Füzuli Rzaquliyevin əmriylə müharibə veteranı Qafar Rəsul oğlu Mikayılov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinə sədr təyin edilib.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətindən verilən məlumata görə yeni sədr rəhbərlik tərəfindən qəbul edilib.


Müharibə veteranı Qafar Rəsul oğlu Mikayılovun AVMVİB Şəki rayon şöbəsinin sədri təyin olunması ilə bağlı AVMVİB sədri F. Rzaquliyev yeni sədri təqdim edərək bölgədə veteranların birgə fəaliyyətini quracağını bildirib. Bu gün 44 günlük Vətən müharibəsi zamanı döyüşmüş şəxslərin geri dönməsiylə veteranların ciddi problemləri yaranıb. AVMVİB sədri F. Rzaquliyev qeyd etdi ki, Qafar Mikayılovun Şəki rayonunda şöbənin fəaliyyətini bərpa edəcəyinə inanır.


AVMVİB sədri F. Rzaquliyev yeni sədri təyinat münasibətiylə təbrik edib.

Təqdimat mərasimində AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev iştirak ediblər.


Xatırladaq ki, köhnə sədr fəaliyyətsizliyinə görə tutduğu vəzifədən azad olunub.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: