Araik Arutunyanın iki mühafizəçisi həbs edildi, bütün mühafizəçilərini dəyişdi

“Araik Aruthunyanın həyatı təhlükədədir. Onun bir neçə mühafizəçisinin işdən çıxarılması gizli detalları ortaya qoyur.”

  Bunu erməni politoloq Bella Lalayan bildirib. Fevralın 20-də qondarma rejimin güc strukturları bəyanat yayaraq  Araik Aruthunyanın təhlükəsizliyini qorumağa qadir olduqlarını açıqlayıblar.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Prokurorluğunun Araik Aruthunyanın məsuliyyətə cəlb edilməsi ilə bağlı verdiyi bəyanatla bağlı ictimai narahatlığı nəzərə alaraq, əmin edirik ki, onun təhlükəsizliyini təmin etməyə qadirik. Araik Aruthunyanın simasında vəzifəli şəxslər eləcə də  hər bir vətəndaşın təhlükəsizliyi üçün əlavə tədbirlər görülməkdədir.”

Amma erməni telegram kanalları iddia edir ki, Araik Aruthunyan möhkəm qorxuya düşüb və öz mühafizəçilərinin hamısını dəyişib.

” Araik Aruthunyanın ümumilikdə 7 mühafizəçisi var. Amma bizdə olan məlumata görə indi onu ən yaxın qohumları, konkret olaraq qardaşı Vazgen  Aruthunyanın iki oğlu və digər yaxın qohumları qoruyur. Araik Aruthunyan qorxu içərisindədir. Çünki onun mühafizəçilərindən ikisi cəsusluq ittihamı ilə fevralın 18-də həbs edilib. Onların xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi aşkar olunub. ” -deyə erməni telegram kanalı yazıb.

Mənbə: Alp.az

Bu xəbəri paylaşın: