Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin Qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi tədbirlər həyata keçirilməkdədir. Çünki bu məsələ bir çox nüansları üzə çıxardı. Bəzi şöbələrimizin tam yoxluğunu müəyyən etdik. AVMVİB İdarə Heyətinin aldığı qərarlar haqqında məlumat vermişdik.
Bəzilərinin məsuliyyətsiz və işləmək qabiliyyətinin «0» olduğu məlum oldu. Bəzi şöbə sədrlərinin bu ad arxasında gizlənərək yalnız öz şəxsi problemlərinin həlli ilə məşğul olduğu üzə çıxdı.
Belə şöbələrin yenidən bərpasına ciddi ehtiyac duyulur. Yəqin ki, 2022-ci ildən bu problemlərin həlli prosesi davam etdiriləcək.
2022-ci ilin yanvar, fevral ayları üçün cədvəli təqdim edirik:
1. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
2. AVMVİB Zərdab rayon şöbəsi — 83,3%
3. AVMVİB Ağdaş rayon şöbəsi — 83,3%
4. AVMVİB Saatlı rayon şöbəsi — 83,3%
5. AVMVİB Beyləqan şəhər şöbəsi — 50,0%
6. AVMVİB Nəsimi rayon şöbəsi — 33,3%
7. AVMVİB Nərimanov rayon şöbəsi — 33,3%
8. AVMVİB Tovuz rayon şöbəsi — 33,3%
9. AVMVİB Lənkəran şöbəsi — 25,0%
10. AVMVİB Xankəndi şəhər şöbəsi — 16,6%
11. AVMVİB Yasamal rayon şöbəsi — 16,6%
12. AVMVİB Gəncə şəhər şöbəsi — 16,6%
13. AVMVİB Abşeron rayon şöbəsi — 8,3%
14. AVMVİB Qubadlı rayon şöbəsi — 8,3%
AVMVİB Mətbuat Xidməti
