Gəncədə şəhidin ad günü məzarı başında qeyd edilib

Gəncə şəhəri Kəpəz (rayon ləğv edilib) şöbəsi veteranları 44 günlük Vətən müharibəsi şəhidi Elçin Murad oğlu Dostuyevin ad gününü məzarı başında qeyd ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz (Gəncə şəhəri) şöbəsinin sədri Arzu Kərimov məlumat verib.


Arzu Kərimov bildirib ki, müharibə veteranları və ictimaiyyət nümayəndələri şəhid Elçin Dostuyevin məzarına əklil və gül qoyaraq ruhuna dualar oxuyublar. Şəhidin valideynlərinə AVMVİB adından başsağlığı veriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elnur Səlim

Bu xəbəri paylaşın: