Putin işğal edir, Bayden isə Twitt yazır

“Mən Rusiyanın beynəlxalq hüququn açıq-aşkar pozulmasından qazanc əldə etmək şansından məhrum olunması üçün sərəncam imzaladım”.

Bunu ABŞ Prezidenti Cozef Bayden özünün “Twitter”dəki hesabında yazıb.

“Biz müttəfiqlər və tərəfdaşlarla, o cümlədən Ukrayna ilə növbəti addımlar barədə sıx məsləhətləşmələri davam etdiririk”, – Ağ Ev rəhbəri əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Rusiyanın qondarma DXR və LXR-i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan DXR və LXR malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir.

Mənbə: Alp.az

Bu xəbəri paylaşın: