Aİ ölkələri Rusiyaya qarşı sanksiyalar paketini TƏSDİQLƏDİ

Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul etmək qərarına gəliblər.

 TASS-a, bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.

Onun sözlərinə görə, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.

Borrel Almaniyanın “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırmaq qərarını alqışlayıb.

Bu xəbəri paylaşın: