Saakaşvili Ukraynadan cəbhə xəttində döyüşməyi xahiş edib

Gürcüstanın həbsdə olan keçmiş prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili bazar ertəsi bildirib ki, onun “ürəyi Ukraynadadır” və onun uğrunda döyüşməyə hazırdır, VZQLYAD qəzetinin müxbiri bu barədə xəbər verir.


Tbilisidə keçirilən məhkəmə prosesində Saakaşvili əvvəlcə ona lazımi müalicə göstərilmədiyinə etiraz olaraq növbəti aclıq aksiyasına başlayıb və sonra bildirib ki, əgər indi Ukraynada olsaydı, “əlində silahla cəbhə xəttində olardı”.

«Bizim taleyimiz Kiyevdə həll olunur», — deyən Saakaşvili artıq vətənində üç və altı illik həbs cəzasına məhkum edilib.


Bundan sonra o, Ukrayna bayrağını öpüb.


“Biz, ukraynalılar, Qərb sivilizasiyasının forpostuyuq. Gürcüstan və Moldova, Polşa, Baltikyanı ölkələrin xalqlarının taleyi sizdən asılıdır. Biz qalib gələcəyik!”, — deyə o bildirib.

Gürcüstanın eks-prezidenti qeyd edib ki, “böyük müharibə olmayacaq” və Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyini ifadə edib. Aclıq aksiyasına gəlincə, Gürcüstanın eks-prezidenti qeyd edib ki, “həqiqi prezidentlərin və real liderlərin necə fədakarlıqla öləcəyini hamı görəcək”.


Bir müddət əvvəl Gürcüstanın məşhur “Vətənpərvərlər Alyansı” partiyasının lideri, parlamentin keçmiş vitse-spikeri İrma İnaşvili Ukrayna böhranı fonunda ölkə hakimiyyətini və müxalifətini NATO və ya Rusiya ilə bağlı belə bəyanatlar verməməyə çağırıb. Bu cür çağırışlar Gürcüstanı uçuruma qərq edə bilər”.

Elnur Səlim

Bu xəbəri paylaşın: