Qəribədir ki, kommunizmin və gələcək SSRİ ideyalarının əsas ideoloqu Karl Marks qızğın rusofob idi. Rus xalqına nifrət o qədər güclü idi ki, filosof Rusiyanın tamamilə yer üzündən silinəcəyini xəyal edirdi.
Karl Marksın Rusiya haqqında dedikləri
Marks bu mövzuda «New York Daily Tribune» üçün bir sıra məqalələr yazmışdı. Onlar 1853-1856-cı illər arasında nəşr edilmişdir. Daha sonra bu məqalələr Londonun “The Free Press” qəzetində də dərc edilib və “18-ci əsrdə məxfi diplomatiya tarixinə dair açıqlamalar” adlanıb. Bu materiallar rus dilinə cəmi bir əsr yarım sonra 1990-cı ildə tərcümə edilib.
Marks məqalələrində yazırdı ki, Muskoviya monqol boyunduruğunun təsiri altında formalaşıb böyüyən barbar bir varlıqdır. Bir dövlət olaraq ancaq virtuoz qul siyasəti ilə möhkəmlənib. Azad olduqdan sonra da o, ağa olsa da qul rolunu oynamağa davam etdi. Marks elmi əsərlərində Böyük Pyotra xüsusi diqqət yetirirdi. O, padşahın monqol qulunun siyasi sənəti ilə monqol xanının iddialı məqsədlərini birləşdirdiyini iddia edirdi.
Marksın rus xalqına münasibəti
Kommunist ideoloqunun rus xalqına baxışı Engesə yazdığı məktubda yaxşı təsvir edilmişdir. 1865-ci ildə Marks Velikorusların slavyan olmadığını yazırdı. Moskva Böyük Hersoqluğunun ərazisi daha çox monqollar və finlər tərəfindən işğal edilib. Marks Rusiyanın moskvalılar tərəfindən qəsb edildiyinə inanırdı. O, Frensis Duçinskinin yaradıcılığı ilə tanış olduqdan sonra oxşar fikirdə olub. Maraqlıdır ki, 1870-ci ildə Marks bu məsələ ilə bağlı fikrini dəyişdi. Lüdviq Kugelmanna yazdığı məktubda o, Duçinskinin nəzəriyyəsinin səhv olduğunu, lakin o, belə bir görüşü slavyanlar arasında populyarlaşdırmaq istədiyini yazır.
Engelslə birgə “Rus çarizminin xarici siyasəti” əsərində Karl Marks yazırdı ki, rus xalqı çox güclü və dözümlüdür, eyni zamanda son dərəcə passivdir. Döyüşün nəticəsi yalnız sıx birləşmə ilə həll olunarsa, onu məğlub etmək demək olar ki, mümkün deyil. Ancaq eyni zamanda, rus xalqı sosial cəhətdən passivdir və hakimiyyətin əfsanələrinə və təbliğatına asanlıqla inanır. Ruslar sistemin ədalətsizliyinə qarşı necə mübarizə aparsalar da, heç vaxt çara qarşı çıxmayacaqlar.
Marks və Herzen arasında qarşıdurma
Aleksandr Herzeni Londonda fəhlə hərəkatına həsr olunmuş mitinqdə çıxış etməyə dəvət etdilər. Lakin Karl Marks onun məruzəsinə kəskin şəkildə qarşı çıxdı. Mitinqin təşkilatçılarından biri də o idi. Sonradan Herzen etiraf etdi ki, Marksın onunla heç bir şəxsi hesabı yoxdur, problem yalnız onun rus mənşəli olması idi. Onlardan yalnız biri irəli çıxmalıdır. Marksın Herzenə olan bütün bu nifrəti sırf platonik bir nifrət idi.
Əsl qalmaqal daha sonra Hersen özünün “Kolokol” jurnalında Marksın və Engelsin “Kommunist Partiyasının Manifesti”ni rus dilində çap etdirdikdən sonra baş verdi. Sonradan Engels Hersenin belə bir hərəkətini «ədəbi maraq» adlandırdı. O da məlumdur ki, rus anarxizminin nəzəriyyəçisi Bakunin Marksla kişi kimi davranmaq, bir sözlə – “vurub ağzını dağıtmaq” üçün səbəb axtarırdı. O, vaxtilə İngiltərədə yaşayırdı.
Marks niyə rusofob olub?
Marks və Engels 1849-cu ildə «The Free Press»in nəşrə başlaması üçün Londona gəldilər. Onların anti-Rusiya bəyanatlarının ən böyük intensivliyi 1854-1856-cı illər Krım müharibəsi dövrünə düşürdü.
Marks özü bunu “Avropa xalqlarının müqəddəs mübarizəsi” adlandırırdı. O, məqalələrinin birində yazırdı ki, Kronştadt və Sankt-Peterburq yer üzündən silinməlidir. Bu şəhərlər, eləcə də Odessa, Sevastopol, Riqa və azad edilmiş Finlandiya olmadan Rusiyanın heç bir şansı yoxdur. O, qolu olmayan, ancaq çəkisi ilə düşmənlərini vurmağa cəhd edə bilən kor nəhəngə çevriləcəkdir.
Karl Marksın əsərlərini araşdıranlar onun rusofob baxışlarının səbəbini onun uşaqlığında axtarırdılar. Kommunist ideoloq uğurlu alman hüquqşünasının ailəsində doğulub və ona uyğun ruhda tərbiyə alıb. Rusiyanın hərbi uğurları və onu faktiki Monarxiyaya çevirən Napoleon üzərində qələbə onda rusofobiyanı gücləndirib. Marksın özü də Reyn yəhudisi idi və Rusiyanın antisemitizmlə məşğul olduğuna inanırdı.
1848-ci ildə Avropa inqilabi hərəkatının məğlubiyyəti Marksa ağır zərbə vurdu və eyni zamanda Avstriya İmperiyasını az qala məhv etdi. İnqilabı yalnız serblərdən və xorvatlardan cəlb edilmiş rus və Avstriya qoşunlarının qüvvələri dayandırdı. Bundan sonra Marks məqalələrinin birində yazırdı ki, ruslar “əksinqilabi irqdir, Avropanın xərçəng şişidir”.
Mənbə: Krillitsa.ru
Tərcümə: Nurlan Məmmədli
