Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin üzvlərinin iştirakıyla şəhid Milli Qəhrəman Tahir Həsənovun Anım günü məzarı başında qeyd edilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov məlumat verib.
Polkovnik Elmar Hüseynov bildirdi ki, şöbə üzvləri şəhid qardaşlarımızı unutmuruq. Bu gün şəhid Milli Qəhrəman Tahir Həsənovun Anım günü məzarı başında anıldı, məzarı üzərinə güllər qoyuldu və şəhidin ruhuna dualar edildi. Şəhidin yaxınları da ziyarətdə iştirak ediblər.
Allah rəhmət etsin!
Elnur


Bu xəbəri paylaşın:



