Xocavənddə şəhid ailəsi ziyarət olundu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Bu dəfə müharibə veteranları tərəfindən Xocavənd rayonu Tuğ kəndində anadan olmuş şəhid Tural Bəylər oğlu Abdullayevin ailəsini ziyarət ediblər.

Şəhid Tural Bəylər oğlu Abdullayev 9 oktyabr 1993-cü ildə Xocavənd rayonu Tuğ kəndində anadan olub. Ailənin tək övladı olsa da hhərbçi olub doğma torpaqlarımızı düşmən işğalından azad etmək ən böyük arzusu olub. 44 günlük Vətən müharibəsi günlərində Füzuli, Cəbrayıl və Hadrutun düşmən işğalından azad olunmasında cəsur bir döyüşçü kimi vuruşub. Öz doğma kəndi Tuğ kəndi uğrunda da döyüşüb və 24 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Özündən sonra bir oğul övladı qalıb.

Onun döyüş xidmətləri «Cəsur döyüşçü», «Vətən uğrunda», «Füzuli, Cəbrayılın azad olunması» medallarıyla təltif edilib.

Şəhid ailəsinə baş çəkən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailə üzvlərinə başsağlığı vermiş və Birliyin təsis etdiyi Xatirə medalını təqdim etmişdir.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: