İnsan üçün ən yaddaqalan günlərdən başlacası onun həyata gəldiyi gündür.Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə ınsanlardan biridə yüksək peşəkarlığı və humanistliyi,nəzəri və praktiki biliyi,işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təcavüzkarlığı və vətənpərvərliyi ilə secilən ən məhsuldar dövrünün 24 ildən cox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirmiş ehtiyatda olan polkovnik leytenant Fuad Həsənovdur. Fevral ayının — 23- də onun 50 yaşı tamam olur.
Bu əlamətdar gün münasibətilə AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan polkovnik leytenant Fuad Həsənovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Arzu edirik ki, Fuad Həsənovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin !
Ehtiyatda olan polkovnik- leytenant Fuad Həsənov 23 fevral 1972-ci ildə anadan olub .
0, 1989- cu ildə Bakı şəhərində 60 saylı orta məktəbi, 1993- cü ildə isə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Vladikafqazda yerləşən Ali Komandanlıq məktəbini «əla» qiymətlə (fəriqlənmə diplomla) bitirib. O, Daxili Qoşunlarda və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, təlimlərdə, nümnəvi göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Ehtiyatda olan polkovnik- leytenant Fuad Həsənov 1993- 2013 -ci illərdə Daxili Qoşunların Binəqədi, Xəzər və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisi, tabor komandirinin müavinini- taborun qərargah rəisi, Xüsusi Dövlət Mühafizə Xidmətində isə Təlim Tədris Mərkəzi rəisinin müavini və Təlim Tədris Mərkəzinin rəisi vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

Müstəqil Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında və Xüsusi Dövlət Mühafizə Xidmətində polkovnik- leytenant Fuad Həsənov xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andin və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış,qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirmişdir.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş ixtşaşların qarşlsının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

Fuad Həsənov Daxili Qoşunlarda və Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi illər ərzində özünü qoruxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O,istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost- tanış, qohum — əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında,hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin və Xüsusi Dövlət Mühafizə Xıdmətınin rəisinin müvafiq əmrləri ilə Qüsursuz Xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli, Silahlı Qüvvələrin yaranmasının isə 10-iliyi və 90-iliyi yubley medalarlı ilə təltif edilib.

Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, Xüsusi əməliyyatlarda, döyüş xidmətində, döyüş növbəsində xüsusi fəriqləndiyinə, fədakarlıq və şücaət göstərdiyinə görə Daxili işlər Nazirinin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FUAD BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBEXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev






