Sosial şəbəkədən (Bəxtiyar Qurbanovun paylaşımı) öyrəndiyim bu xəbərdən üzüldüm. Qarabağ döyüşlərinin əfsanələrindən olan İsmayıl Həsənov sıralarımızı tərk etdi.

Ağdərə rayonunun Başgüneypəyə kəndində anadan olub. Qarabağ münaqişəsinin ilk günündən düşmənlə mübarizəyə qoşulmuşdu. Onu hələ hadisələrin ilk günlərində pusquya salaraq ermənilər əsir götürmüş (1989-cu il) və əsirlikdən azad olduqdan sonra «Kolanı Qisas təşkilatı» yaradaraq düşmənə ağır zərbələr vuran əməliyyatlara rəhbərlik etmişdir.

Ağdərə və Ağdam uğrunda gedən döyüşlərdə kəşfiyyat bölüyünün komandiri olub. Düşmən arxasında onlarla reydə imza atıb.
İsmayil Məhəmməd oğlu Həsənov 21.02.2022-ci ildə haqq dünyasına qovuşdu.
AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi müharibə veteranı İsmayıl Həsənovun vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsın!
Məkanı cənnət olsun!
X. Ədəboğlu
