Ukraynanı ordusuz və silahsız (demilitarizasiya) edəcəyini deyən Vladimir Putin bu dəfə də Ukrayna hərbçilərini hakimiyyəti öz əllərinə almağa çağırıb.
Fedai.az RİA Novostiyə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ukrayna hərbçilərini ölkədə hakimiyyəti öz əllərinə almağa çağıraraq deyib:
“Görünür, Kiyevdə məskunlaşaraq bütün Ukrayna xalqını girov götürərən bu narkomanlar və neonasistlər dəstəsi ilə razılaşmaqdansa bizim üçün sizinlə razılaşmaq daha asan olacaq”.
Dövlət başçısı onları, həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.
Daha əvvəl Müdafiə Nazirliyi bildirib ki, Kiyev hakimiyyəti Ukrayna paytaxtının yaşayış məntəqələrində “Qrad” qurğuları yerləşdirib. Eyni zamanda, əməliyyat başlayandan dəfələrlə bildirmişik ki, mülki şəxslərə zərbə endirməyəcəyik.
Nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov da bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı hərbi qulluqçuları praktiki olaraq müqavimət göstərməyib. Döyüşləri əsasən milli batalyonlar aparır.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Donbasda xüsusi hərbi əməliyyat keçirəcəyini açıqlamışdı. O, əmin edib ki, Moskvanın planlarına Ukraynanın işğalı daxil deyil, yalnız onun demilitarizasiyası və denatsifikasiyası daxildir.
Elnur Səlim