Qısa müddətli aprel müharibəsinin ağrılarını Ermənistan ordusu hələdə həzm edə bilmir. Bu müharibədə Azərbaycan ordusunun ən böyük uğurlarından biri də Ermənistan ordusunun 18-ci motaatıcı divizyasının xüsüsi təyinatlı kəşfiyyat qrupunun böyük hissəsini məhv etməsidir.
News12.az saytının araşdırma qrupu aprel hadisələri zamanı Ermənistan ordusunun xüsusi təyinatlı kəşfiyyat qrupunun necə məhv edilməsi barədə ilginc məlumatlar əldə edib. Araşdırmalardan belə məlum olur ki, Aprel ayının 4-də Azərbaycan ordusu əks -hücüma keçərək ermənilərin möhkəmləndiyi iki əsas strateji nöqtəni ələ keçirdir.
Düşmən çaşqınlıq içərisində geri çəkilmək istəyərkən 3 tərəfdən ordumuzun mühasirəsinə düşür. Polkovnik Ararat Melkumyanın rəhbərlik etdiyi, ermənilərin çox güvəndiyi bu qrupun 5 üzvü ordumuzun əsgərləri tərəfindən mühasirəyə alınaraq tək –tək məhv edilir. Qalanları isə vahimə içərində geri çəkilməyə məcbur olur.
18-ci motaatıcı divizaynın xüsusi təyinatlı kəşfiyyat qrupunun komandir müavini Levonun xatirələrindən:
“Aprelin 2-də biz həyacan siqnalı ilə ön cəbhəyə gəldik. Düşmən bizim iki mövqeyimizi ələ keçirmişdi. Biz axşama qədər döyüşdük.Hər şey bir anın içində baş verdi. Onların 3- də peşəkar idi. Xüsusilə ilə Nver Simonyan peşəkar snayper idi. Azərbaycan əsgərinin yaxın məsafədən onları bir qumbara atəşi ilə öldürməsini hələdə anlaya bilmirəm”.
Qeyd edək ki, bu döyüş zamanı Azərbaycan ordusu tərəfindən Ermənsitan ordusunun 18-ci motaatıcı divizyasının xüsüsi təyinatlı kəşfiyyat qrupunun 5 üzvü: Mayor Maksim Qriqoryan, Masis Tovmasyan, Kəşfiyyatçı-snayper Nver Simonyan, Xarib Saakyan, Baş Leytenant Azanaur Balayan məhv edilib./Tarix: 15-03-2018/