Şəhidləri unutmayın və unutdurmayın!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı silsilə tədbirləri davam etdiriblər.

Bu dəfə müharibə veteranları tərəfindən Xocavənd rayonu Tuğ kəndində anadan olmuş şəhid Qara Əmirxan oğlu Balakişiyevin ailəsini ziyarət ediblər.

şəhid Qara Əmirxan oğlu Balakişiyev Xocavənd rayonu Əmralılar kəndində anadan olub. 44 günlük Vətən müharibəsində Füzuli və Cəbrayıl rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Döyüş xidmətləri «Füzuli və Cəbrayılın azad edilməsi» medalları ilə təltif edilib. Özündən sonra iki qız övladı — Xədicə və Nazimə Vətənə əmanət qalıb.

Şəhid ailəsinə baş çəkən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailə üzvlərinə başsağlığı vermiş və Birliyin təsis etdiyi Xatirə medalını şəhidin ailə üzvlərinə təqdim etmişlər.

Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd

Bu xəbəri paylaşın: