Təbrik: Salman Umud oğlu Hüseynov — 62

İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri 2-ci Qrup Müharibə Əlili Salman Hüseynovdurr. Fevral ayının 26- də onun 62 yaşı tamam olur.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai birliyinin sədr müavini polkovnik Salman Musayev Hüseynov Salman Umud oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzulayır.

Hüseynov Salman Umud oğlu 1960-cı il, 26 fevralda Bakı şəhərində anadan olub.


1967 — ci ildə 2 saylı orta məktəbə gedib, 1970-də Bakı şəhəri 6 saylı orta məktəbdə təhsilini davam etdirib.


1975-də Rabitə texnikumuna daxil olmuş, lakin bir il sonra yenə 6 saylı orta məktəbin 9-cu sinifinə daxil olub və 1978-ci ildə orta məktəbi bitirib.

1978-ci ildə Leninqrad Ali Hərbi Tibb Akademiyasna daxil olmuş, 1985-ci ildə Sovet Ordusundan tərxis olunaraq Azərbaycana qayıdıb.


1988-ci ildə Meydan hərəkatında fəaliyyətimə görə komsomoldan və işdən çıxmışdır. 1990- 1992-ci illər Qarabağın müdafiəsi üçün yaranan dəstələrdə əskər və zabit kimi döyüşmüş, 1992-ci ildə Azərbaycan Silahlı qüvvələrin müxtəlif hərbi hissələrdə, 1992-ci ilin oktyabırından isə N saylı Xüsusi Kəşfiyyat Məntəqəsində kəşfiyyatçı və rabitə rəisi vəzifəsində xidmət etmişdir.

Füzuli rayonunda Divanallar, Qacar, Ağdamın və Əsgəranın Naxçevanik, Uzundərə, Murovda Güzgü yüksəkliyinin alınmasında xüsusi əməliyyatda iki dəfə, Goranboy- Gülüstan xüsusi əməliyyatları, Tərtər Maqavuz-Madagiz xüsusi əməliyyatı və sair xüsusi tapşırıqlarda fəal iştirak etmiş, 1990-1993-cü illərdə xidməti vəzifəmi yerinə yetirərkən iki dəfə yaralanmış, və iki dəfə travmalar almışdır.


1995-ci ildə Türkiyə SQ Akademiyasına ezam edilmiş və Xüsusi Kəşfiyyat üzrə tədris və təlim keçmişdir.


1996-cı ildən yara və zədələr səbəbindən ikinci qrup əlil kimi ordudan tərxis olunub.


1996-cı ildə Azərbaycan Hava Yolları Dövlət konserninin İdarə rəisi olmuş, Bakı Binə Hava Limanının, Naxçıvan, Gəncə hava limanlarının yenidən qurmasında iştirak edib.

2000-ci ildən AZESCO (Azərbaycan Elektron Sistemləri Kampaniyası) şirkətini tərxis edib, sahibkarlıqla məşqul olur. Hal — hazırda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədridir. Ailəlidir, üç övladı var.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SALMAN BƏY!
UCA RƏBBİMİZ HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
ARZU EDİRƏM Kİ, HƏYATINDA HEÇ BİR ÇƏTİNLİYİN OLMASIN.

Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: