Ukrayna-Rusiya müharibəsində itkilər…

Bildirək ki, Ukrayna-Rusiya müharibəsində informasiya savaşı ən yüksək səviyyədə aparılır. Nəyin doğru, nəyin yanlış olduğunu kimsə ayırd edə bilmir. Hər iki tərəfin döyüşlərin ikinci günü üçün yaydıqları itkilər haqqında məlumatı diqqətinizə çatdırırıq.

Rusiya Ordusu Ukraynada 118 hərbi infrastruktur obyektini, o cümlədən, 11 hərbi aerodromu, 13 idarəetmə məntəqəsini və rabitə qovşağını, 14 S-300 və «OSA” kompleksini və 36 RLS-i məhv edib.


Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.


Bundan başqa, 5 hərbi təyyarə, 1 helikopter, 5 PUA, 18 tank, 5 döyüş kateri və 18 reaktiv yaylım atəşi sisteminin məhv edildiyi açıqlanıb.


Rusiya tərəfi Ukrayna Ordusunun fərqli güc strukturlarına məxsus 150-dən çox hərbçisinin əsir götürüldüyünü bəyan edib. Canlı qüvvə haqqında məlumat verilmir.


«Rusiya qoşunları personal anbarında və texnikasında itkilər verməyə davam edir».


Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi Feysbuk səhifəsində məlumat paylaşılıb.


“Ukrayna Silahlı Qüvvələri tərəfindən bu günədək Rusiya Federasiyasının aşağıdakı texnikaları məhv edilib:


tanklar — 80-ə qədər.
müxtəlif tipli zirehli avtomobillər — 516 ədəd.
Helikopterlər — 7 əd.
Təyyarələrdən — 10 əd.
qanadlı raketlər — 20-yədək.
100-dən çox avtomobil texnikası vurulub.
Ruslar 2800-dən çox insan itkisi verib.
Cəhənnəmə xoş gəlmisiniz!”, — paylaşımda qeyd edilib.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: