Ukrayna xəbərləri: Döyüşlər davam edir, «əyləncə yeni başlayır”

Ukraynada hibrid müharibəsi gedir. Tərəflər mərmidn çox yalanla dolu informasiyalar və feyk xəbərlər atırlar. Nəyin doğru və nəyin yalan olmasını seçmək öz qabiliyyətimizdən asılıdır. Ukraynaya görə tezliklə Putini, Rusiyaya görə isə Zelenskini tezliklə həbs edəcəklər. Məsələn, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna prezidenti Vladimir Zelenskinin tələsik Kiyevi tərk edərək Lvova getdiyini, onun dünən Ukraynanın paytaxtında olmadığını, sosial şəbəkələrdə yayımladığı videoların isə əvvəlcədən lentə alındığını bildirib. Zelenski isə Kiyevdə olduğunu deyir və guya Baydenin «qaç oğlan» çağrısına baxmadığını nümayiş etdirir.

******************

“Fevralın 25-də Rusiya Prezidenti Vladimir Putin gözlənilən danışıqlardan dolayı Ukraynada qoşunların hərəkətini dayandırmaq əmrini vermişdi”.

Bunu Ukrayna tərəfin danışıqlardan imtina etməsindən danışan Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.

O əlavə edib ki, fevralın 26-da danışıqlar olmadığına görə Rusiya qüvvələrinin plan üzrə əməliyyatları bərpa edilib.

******************

Bu gün Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski arasında telefon danışığı olub.

Tərəflər Ukraynadakı son hadisələri müzakirə edib.

Ərdoğan Zelenskiyə daha çox insanın həyatını itirməməsi və Ukraynanın daha çox zərər görməməsi üçün atəşkəs elan edilməsi barədə səy göstərdiklərini deyib.

**************

«Biz ayağa qalxdıq və düşmənin hücumlarına qarşı uğurla mübarizə aparırq. Bir çox şəhərdə döyüşlər davam edir».

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Feysbukda paylaşdığı video çıxışında deyib.

O bildirib ki, onlar ölkəni, torpağı, uşaqların gələcəyini qoruyurlar:

«Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuzun nəzarətdədir. İşğalçılar dövlətimizin mərkəzini bloklayıb. Biz onların planını qırdıq».

Zelenski Rusiyaya səslənib: «Minlərlə qurban, yüzlərlə məhkum niyə ölmək üçün Ukraynaya göndərildiklərini bilmirlər».

***********************

Türkiyə Bosfor və Dardanel boğazlarını Rusiya döyüş gəmiləri üçün bağlayıb.


Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.


Zelinski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edib: «Güclü dəstəyə görə dostum, cənab Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqına təşəkkür edirəm. Qara dənizə Rusiya hərbi gəmilərinin keçməsinə qadağa qoyulması və əhəmiyyətli hərbi və humanitar yardımlar bu gün son dərəcə vacibdir. Xalqımız bunu heç vaxt unutmayacaq!».

*******************

“Rusiya rus vətəndaşlarının və şirkətlərinin pullarının üzərinə həbs qoyulmasına simmetrik cavab verəcək”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

“Rusiya vətəndaşlarının və şirkətlərinin xaricdəki pullarına həbs qoymaqla hədələyirlər. Hər kəsə, ayrıca sanksiya olmadan. Qəzəbdən. Buna simmetrik cavab vermək lazımdır. Əcnəbilər və xarici şirkətlərin Rusiyadakı aktivlərinə analoji davranılacaq. Yaxud onların əmlakı milliləşdiriləcək”, — Medvedyev qeyd edib.

O bildirib ki, ABŞ, AB və “anqlosaks dünyasına məxsus” bir çox ölkə bunda iştirakı qəbul edib:

“Yaxşı ki, bizim zəngin təcrübəmiz və bu mövzuda sərt qanunlarımız var. Beləliklə, əyləncə yeni başlayır”.

Dmitri Medvedyev əməliyyatın Putinin dediyi bütün nəticələrin əldə olunana qədər davam edəcəyini də bildirib. 

*****************

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Ukraynaya gələcək yardım və ukraynalıların azad gələcək uğrunda qəhrəmancasına mübarizəsini müzakirə edib.

Zelenski Şarl Mişel qarşısında şərt qoyub: “Ya Ukrayna Aİ-yə qəbul edilir, ya da bu məsələ birdəfəlik bağlanır.”

Bu barədə Zelenski İnstaqram səhifəsində yazıb.


O əlavə edib ki, indi Ukrayna üçün aydın avrointeqrasiya kursu barədə qərar qəbul etməyin vaxtıdır.

“Uzunmüddətli müzakirəni birdəfəlik qapadılır və  yaxud da Ukraynanın Aİ-yə üzvlüyü barədə qərar qəbul etmək üçün həlledici məqam yetişib”- Zelenski qeyd edib. 

O əlavə edib ki, Şarl Mişellə gələcək səmərəli yardım və ukraynalıların azad gələcəkləri uğrunda qəhrəmancasına mübarizəsi müzakirə olunub.

Bu xəbəri paylaşın: